Icma.az
close
up
RU
“Azəriqaz” abonentə 3 mindən çox BORC YAZDI MƏHKƏMƏ SİLDİ

“Azəriqaz” abonentə 3 mindən çox BORC YAZDI MƏHKƏMƏ SİLDİ

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentə hesabladığı 3 114 manat borc silinib.

“Yeni Sabah” xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, bu barədə Xətai Rayon Məhkəməsində qərar qəbul edilib.

Mülki işin materiallarına görə, iddiaçı S.İlham oğlu “Azəriqaz” İB-yə qarşı iddia qaldıraraq, ona hesablanmış 3 114,35 manat borcun silinməsini və əsassız tutulduğunu bildirdiyi 347,53 manatın geri qaytarılmasını tələb edib. pizza hut

İş materiallarında qeyd olunub ki, iddiaçıya məxsus fərdi yaşayış evi 2017-ci ilin dekabr ayından etibarən təbii qazla təchiz edilib və mənzilə abonent kodu verilib. Evdə “Smart” tipli, “G-4” markalı qaz sayğacı quraşdırılıb.

S.İlham oğlunun bildirdiyinə görə, qaz sayğacına kart vasitəsilə pul yükləmək istəyərkən kartın bloklandığını görüb. Bununla bağlı Bakı Regional Qazın Satışı Departamentinə müraciət etdikdə ona sayğacın işlək vəziyyətdə olmadığı deyilib. Daha sonra abonent koduna itirilmiş qaz sərfiyyatına görə təxminən 3 462 manat borc hesablandığı və həmin məbləğin ödənilməli olduğu söylənilib.

İddiaçı sayğaca hər hansı müdaxilə etmədiyini bildirib. Onun sözlərinə görə, sayğac evin daxilində deyil, çöldə yerləşib və qurğunun vəziyyətinə nəzarət etmək cavabdeh qurumun məsuliyyətində olub. O, həmçinin akt tərtib edilərkən çəkiliş aparıldığını və aktda göstərilən evin onlara məxsus olmadığını məhkəmədə qeyd edib.

İş materiallarında olan abonent saldosuna əsasən, 2018-ci ildə abonentə 3 462,60 manat borc hesablanıb. Həmçinin sənədlərdə 2012-ci ilin noyabr ayından başlayaraq abonentin ödənişlərindən borc hesabına ümumilikdə 435,52 manat tutulduğu göstərilib.

Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı 2018-ci ildə tərtib edilmiş bir neçə akt iş materiallarına daxil edilib. Həmin aktlarda abonentin mənzilində qazdan qanunsuz istifadə edildiyi, o cümlədən sayğacın çıxışındakı plastik borunun deşildiyi və sayğacdan kənar qaz sərfiyyatının olduğu qeyd olunub.

Xətai Rayon Məhkəməsi iddianı təmin edib. Qətnaməyə əsasən, “Azəriqaz” İB tərəfindən abonentə hesablanmış 3 114,35 manat borcun silinməsi, 347,53 manatın iddiaçıya qaytarılması və 54,62 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilib. 

Qətnamə ilə razılaşmayan “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verib. Şikayətdə birinci instansiya məhkəməsinin sübutlara düzgün qiymət vermədiyi və maddi hüquq normalarını düzgün tətbiq etmədiyi bildirilib. Cavabdeh qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi şikayətə açıq məhkəmə iclasında baxaraq onu təmin etməyib. Məhkəmə Xətai Rayon Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb. 

Beləliklə, abonentə hesablanmış 3 114,35 manat borcun silinməsi və 347,53 manatın geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Oktyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri