“Azəriqaz” İB nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini DİNLƏNDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Aprelin 18-də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun Bərdə şəhərində növbəti vətəndaş qəbulu keçirilib.
Redaktor.az xəbər verir ki, bərdə rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında baş tutan görüşdə Birliyin baş direktoru Azər Məmmədov Tərtər və Bərdə rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib. Birliyin baş direktoru görüşdə iştirak edən 60-dan artıq vətəndaşın hər birini fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər məsələlərin isə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti struktur bölmələrə göstəriş verilib. Görüş zamanı müraciət edən sakinlərə fərdi mənzillərin qazlaşdırılması, sayğac quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul prosesi və s. məsələlərlə bağlı prosedurlar barədə də ətraflı məlumat verilib. Ünvanlanan müraciətlərin icrası nəzarətə götürülüb və nəticələri barədə vətəndaşlara əlavə məlumatların veriləcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Aprel 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















