Azəriqaz rəsmisi: Tariflər hər zaman bazar reallığını tam əks etdirmir
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tənzimlənən iqtisadi şəraitində qiymət siyasətinə həm iqtisadi, həm də sosial amillər təsir göstərir.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini Təbriz Əmmayev Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində "Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar" mövzusunda panel müzakirəsində bildirib.
"Tariflər hər zaman bazar reallığını tam əks etdirmir. Liberal iqtisadiyyata keçid zamanı isə çevik qiymət siyasəti tətbiq olunur ki, bu da uzun müddət sabit tariflərə öyrəşmiş biznes subyektləri üçün müəyyən adaptasiya dövrü tələb edəcək", - deyə o qeyd edib.
T. Əmmayevin sözlərinə görə, təbii inhisarçıların qarşısında duran əsas məsələlərdən biri sosial öhdəliklər və ictimai maraqlardır: "Sosial öhdəliklər təsərrüfat subyektlərinin real xərclərini artıra və investisiya imkanlarını məhdudlaşdıra bilər. Amma biz sosial öhdəliklərə xərc kimi baxmırıq. Bu, ictimai etimadın formalaşdırılması və ictimai mənafelərin qorunması baxımından önəmli həlqədir".
Bu mövzuda digər xəbərlər:Tariflər hər zaman bazar reallığını tam əks etdirmir “Azəriqaz”
03 Oktyabr 2025 18:02
“Azəriqaz”dan VACİB MƏLUMAT YENİ TARİFLƏR KONKRET
03 Yanvar 2025 12:48
“İşçilərin sağlamlığını qorumaq əsas prioritetimizdir” “Azəriqaz” rəsmisi
28 Aprel 2025 15:56
Tariflər real qiymətdən 13 dəfə aşağıdır “Azərenerji” rəsmisi
04 İyun 2025 13:02
“Putini tariflər boğacaq..?”
17 Mart 2025 00:25
Baxış sayı:112
Bu xəbər 03 Oktyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















