Icma.az
close
up
RU
“İşçilərin sağlamlığını qorumaq əsas prioritetimizdir” “Azəriqaz” rəsmisi

“İşçilərin sağlamlığını qorumaq əsas prioritetimizdir” “Azəriqaz” rəsmisi

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Birliyin baş direktorun birinci müavini Nail Abdullayev, SOCAR-ın Sağlamlıq, əməyin təhlükəsizliyi departamentinin böyük mühəndisi Adil Hüseynov, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, şöbə rəisləri və Birliyin digər əməkdaşları iştirak ediblər.

Həmkarlar İttifaqı Komitəsinin sədri bildirib ki, İstehsalat Birliyinin əsas məqsədi iş yerlərində işçilərin əməyinin mühafizəsini doğru-düzgün təşkil etmək və baş verə biləcək bədbəxt hadisələrin sayını minimuma endirməkdən ibarətdir.

Tədbirdə çıxış edən Baş direktorun birinci müavini (Əməliyyat üzrə) Nail Abdullayev isə bunları deyib: “Əməyin mühafizəsi hər birimizin yaşam tərzidir və bu, belə də olmalıdır. Çünki hər bir insan üçün onun sağlamlığı ən vacib məsələdir. Bu baxımdan Birlik olaraq işçilərin sağlamlığını qorumaq əsas prioritetimizdir. İnsan faktoruna ən ali səviyyədə verilən dəyər bizim üçün də dəyişməz nümunədir”. 

Birliyin SƏTƏMM şöbəsinin rəisi İlkin Behbudov isə süni intellekt və yeni texnologiyanın əməyin mühafizəsi sahəsinə müsbət təsirlərindən danışıb. O, qeyd edib ki, bu baxımdan cari il "Süni intellektin rəqəmsallaşdırılmasının təhlükəsizlik və sağlamlığa təsiri" sahəsinə həsr olunub.

SOCAR-ın Sağlamlıq, əməyin təhlükəsizliyi departamentinin böyük mühəndisi Adil Hüseynov “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin və əmək kollektivinin əməyin mühafizəsinə göstərdiyi diqqəti yüksək qiymətləndirib. 

O, İstehsalat Birliyinin SƏTƏMM göstəricilərinin qənaətbəxş olduğunu, son illər monitorinqlər zamanı əməyin mühafizəsi sahəsində inkişafın artan istiqamət üzrə getdiyinin müşahidə edildiyini bildirib.

Sonda əməyin mühafizəsi sahəsində yüksək nailiyyətlər qazanaraq fərqlənən Birliyin 8 əməkdaşı Fəxri Fərman və mükafatla təltif edilib.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri