Icma.az
close
up
RU
“Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir?

“Azəriqaz”da yüksək vəzifəyə təyin olunan müharibə veteranı kimdir?

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Mədətov Fərhad Əminağa oğlu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində Baş direktorun

maliyyə üzrə müavini təyin edilib.

O, 1979-cu ildə Bakı şəhərində anadan olub.

1995-ci ildə Bakı şəhəri 5 saylı orta məktəbi bitirib.

1995-2001-ci illərdə Azərbaycan Texniki Universitetinin “Nəqliyyat” fakültəsini bakalavr və maqistr dərəcələri üzrə bitirib.

2005-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsini alıb. Mühasibat və maliyyə sahələrində “Association of Chartered Certified Accountants” və “Corporate Finance İnstitute” kimi nüfuzlu beynəlxalq qurumlardan sertifikat və diplomlara malikdir.

Fərhad Mədətov müxtəlif xarici və yerli müəssisələrdə maliyyə və mühasibatlıq üzrə mütəxəssis və rəhbər vəzifələrində fəaliyyət göstərib.

2005-2007-ci illərdə “European Tobacco” ASC-də mühasib kimi işləyib.

2008-2017-ci illərdə “Agro-Azərinvest” MMC-də maliyyə meneceri daha sonra Maliyyə Departamentinin direktoru vəzifələrində çalışıb.

2017-2019-cu illərdə “Gilan Holding”-də Grupun maliyyə nəzarətçisi kimi fəaliyyət göstərib.

2019-2024-cü illərdə “Azerbaijan Fish Farm” MMC-də Maliyyə Departamentinin direktoru kimi çalışıb.

2024-ci ildən “Odlar Yurdu” Universitetində Mühazirəçi müəllim kimi fəaliyyət göstərib.

2024-2025-ci illərdə “ATS Food” MMC-də Maliyyə Departamentinin direktoru vəzifəsini icra edib.

28 fevral 2025-ci ildən SOCAR-ın "Azəriqaz" İB-də Baş direktorun müşaviri kimi fəaliyyətini davam etdirib.

O, 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olub.

Azərbaycanın ərazi bütovlüyü uğrunda İkinci Qarabağ müharibəsinin veteranıdır. Vətən müharibəsinin başladığı 27 sentyabr 2020-ci il tarixindən etibarən Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Ağdam, Ağdərə rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Ehtiyatda olan zabitdir.

Ailəlidir. Üç övladı var.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:315
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 İyul 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri