Icma.az
close
up
RU
Google da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin texnologiya nəhəngi "Google" süni intellekt bölməsi olan "Google DeepMind"ın yüksək səviyyəli rəhbərlik strukturunda mühüm dəyişikliklər edib. Azərbaycanlı oxucuların və ictimaiyyətin yaxından maraq göstərdiyi tanınmış türk mühəndis və alim Koray Kavukçuoğlu "Google DeepMind"ın başkan yardımcısı vəzifəsinə irəli çəkilib.
Bizim.Media xəbər verir ki, "Google"un ana şirkəti "Alphabet"in baş direktoru Sundar Pichai rəhbərlikdəki bu dəyişikliklərlə bağlı rəsmi açıqlama yayıb.
Pichai bildirib ki, "Google DeepMind"ın həmtəsisçisi Demis Hassabis bundan sonra qurumun idarə heyətinin sədri və "Alphabet"in baş elm adamı kimi fəaliyyət göstərəcək, eyni zamanda "Isomorphic Labs"ə rəhbərlik etməyə davam edəcək. Hassabis yeni rolunda vaxtını ümumi süni intellektin və elmi kəşflərin gələcəyinin formalaşdırılmasına həsr edəcək.
Koray Kavukçuoğlu hansı səlahiyyətləri icra edəcək?
Sundar Pichai açıqlamasında "Google DeepMind"ın Texnologiya Direktoru və Baş Süni İntellekt memarı Koray Kavukçuoğlunun təşkilatın başkan yardımcısı vəzifəsini üzərinə götürəcəyini elan edib.
Yeni vəzifəsində Kavukçuoğlu modelin inkişaf etdirilməsi proseslərinə, qabaqcıl süni intellekt tədqiqatlarına, məşhur "Gemini" tətbiqinə rəhbərlik edəcək.
Pichai türk aliminin şirkət üçün əhəmiyyətini vurğulayaraq bunları qeyd edib:
"Koray 13 ildir ki, “Google DeepMind”dədır və sahəsində dünyaca tanınan bir mütəxəssisdir. O, dərin öyrənmə komandamızı qurub, “WaveNet” və “DQN” kimi mühüm işlərə yaşıl işıq yandıırb. “'Google DeepMind” əmin əllərdədir."
Koray Kavukçuoğlu kimdir?
Təhsili: Ali təhsilini Türkiyədə, Orta Doğu Texniki Universitetinin (ODTÜ) Havacılıq və Uzay Mühəndisliyi fakültəsində alıb və həmin ixtisas üzrə magistr dərəcəsi qazanıb. Daha sonra ABŞ-yə gedərək New York Universitetində (NYU) kompüter elmləri sahəsində 2005-ci ildə magistr, 2010-cu ildə isə doktorantura dərəcəsi alıb.
Erkən karyerası: Akademik fəaliyyətindən əvvəl "Roketsan"da dörd il mühəndis kimi çalışıb, ardınca "Siemens" və "NEC Laboratories"də təcrübə keçib.
DeepMind dövrü: 2012-ci ildən etibarən "Google DeepMind"a qoşulan Kavukçuoğlu qurum daxilində dərin öyrənmə qrupunun əsasını qoyub, həmçinin inqilabi "AlphaGo" layihəsində yaxından iştirak edib.
Karyera yüksəlişi: 2024-cü ilin yanvar ayında DeepMind-ın texnologiya direktoru (CTO) təyin edilən alim, 2025-ci ilin iyun ayında "Google" tarixində ilk dəfə yaradılan "Baş Süni İntellekt memarı" (Chief AI Architect) vəzifəsinə gətirilib və birbaşa Sundar Pichaiyə hesabat verməyə başlayıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Avqust 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri