Icma.az
close
up
RU
“Azərişığ”ın nümayəndələri Oğuzda fermer və sahibkarlarla görüşdü Fotolar

“Azərişığ”ın nümayəndələri Oğuzda fermer və sahibkarlarla görüşdü Fotolar

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə regionlarda mütəmadi görüşlər təşkil edir.

Gununsesi.info   xəbər verir ki, həyata keçirilən tədbirlərdən biri Oğuzda baş tutub.

Oğuz Elektrik Şəbəkəsinin (EŞ) inzibati binasında reallaşan görüşə 30-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Nərman Mahmudov, Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aliyə Osmanova iştirak edib.

Görüş zamanı fermer, sahibkar və vətəndaşlara Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilib. Bildirilib ki, görülən işlər nəticəsində ölkənin hər bir tərəfində müxtəlif gücdə yarımstansiyalar tikilir, yeni transformatorlar quraşdırılır.

Həmçinin tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.

Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll olunub.

Görüş zamanı “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin təşkil etdiyi “Sabaha yaşıl işıq” kursları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziya əsasında tədris kursları fəaliyyət göstərir. Burada dərin biliyə, bacarığa və yüksək peşə hazırlığına malik mütəxəssislər yetişdirilir. Bir ay müddətində kursları uğurla başa vuran müdavimlərə dünyanın bir çox aparıcı energetika şirkətləri tərəfindən tanınan sertifikatlar təqdim olunur.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, görüşləri davam etdirir. Fermer və sahibkarların təklif, tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər aparılır.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Sentyabr 2025 06:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see204

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see200

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see190

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see183

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see143

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see140

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see138

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see135

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see131

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see130

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see129

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see129

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see126

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see124

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see123

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see122

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see121

Futbolçularıma təşəkkür edirəm ki, xarakter göstərdilər Kurban Berdiyev

08 Noyabr 2025 21:18see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri