Icma.az
close
up
RU
“Azərişığ”ın təşkil etdiyi müsabiqə başa çatdı Fotolar

“Azərişığ”ın təşkil etdiyi müsabiqə başa çatdı Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş Paylayıcı şəbəkələrin gənc mütəxəssisləri arasında “Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi”nin final turu Qarabağın gözəl guşəsi Hadrutda təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, yarışda Səhmdar Cəmiyyətin Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə keçirilən regional turların qalibləri iştirak edib.

“Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində təşkil olunan final yarışının açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Məlumat olaraq bildirilib ki, yarışların keçirilməsi mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirmək məqsədi daşıyıb. Energetiklər Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji sektorunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumatlar əldə edib. Həmçinin “Azərişıq” ASC-nin 5 il ərzində işğaldan azad olunmuş ərazilərdə gerçəkləşdirdiyi irimiqyaslı layihələr haqqında informasiya qazanıblar.  Tədbirdə “Azərişıq” ASC-nin Qarabağda son illər həyata keçirdiyi yenidənqurma işlərini və yarışların finala qədər olan mərhələlərini əks etdirən videoçarxlar nümayiş olunub. 

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual mərhələdə 11 komanda – “Ağsu Elektrik Şəbəkəsi (EŞ)”, “Bağlar Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ)”, “Lənkəran EŞ”, “Mingəçevir EŞ”, “Salyan EŞ”, “Siyəzən EŞ”, “Şahbuz EŞ”, “Şuşa EŞ”, “Tovuz EŞ”, “Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ)”, “Zaqatala EŞ” nəzəri biliklərini sınayıblar. Onlar hər birinə 30 saniyə vaxt verilməklə 50 sual cavablandırıblar.

Daha sonra Özbəkistanda təşkil olunan Türkdilli dövlətlərin gənc energetikləri arasında “Peşə Ustalığı Yarışları”nın qalibi və “Qran-Pri” mükafatı qazanan “Azərişıq” ASC komandasının nümunəvi çıxışı nümayiş olunub. Komanda 10 kV-luq dayaqdan gərginlik altına düşmüş şəxsin azad olunması və ilkin tibbi yardımın göstərilməsi tapşırığını icra edib.  Həmçinin “Azərişıq” ASC-nin Laboratoriya İdarəsinin operativ qrupu nümunəvi çıxışı ilə yadda qalıb. 

Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.

Günün yekunlarına əsasən  “Şuşa EŞ” komandası birinci, “Lənkəran EŞ” ikinci, “Ağsu EŞ” və “Zaqatala EŞ” komandaları üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom və kubokla mükafatlandırılıb.

“Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri