Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

“Azərişığ”ın təşkil etdiyi müsabiqə başa çatıb

“Azərişığ”ın təşkil etdiyi müsabiqə başa çatıb

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş Paylayıcı şəbəkələrin gənc mütəxəssisləri arasında "Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi"nin final turu Qarabağın gözəl guşəsi Hadrutda təşkil olunub. Yarışda Səhmdar Cəmiyyətin Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə keçirilən regional turların qalibləri iştirak edib.

Bu barədə qurumdan verilən məlumata görə, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində təşkil olunan final yarışının açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Məlumat olaraq bildirilib ki, yarışların keçirilməsi mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirmək məqsədi daşıyıb. Energetiklər Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji sektorunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumatlar əldə edib. Həmçinin "Azərişıq" ASC-nin 5 il ərzində işğaldan azad olunmuş ərazilərdə gerçəkləşdirdiyi irimiqyaslı layihələr haqqında informasiya qazanıblar.  Tədbirdə “Azərişıq” ASC-nin Qarabağda son illər həyata keçirdiyi yenidənqurma işlərini və yarışların finala qədər olan mərhələlərini əks etdirən video çarxlar  nümayiş olunub.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual mərhələdə 11 komanda – “Ağsu Elektrik Şəbəkəsi (EŞ)”, “Bağlar Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ)”, “Lənkəran EŞ”, “Mingəçevir EŞ”, “Salyan EŞ”, “Siyəzən EŞ”, “Şahbuz EŞ”, “Şuşa EŞ”, “Tovuz EŞ”, “Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ)”, “Zaqatala EŞ” nəzəri biliklərini sınayıblar. Onlar ümumilikdə 50 suala cavab tapmağa çalışıblar.

Daha sonra Özbəkistanda təşkil olunan Türkdilli dövlətlərin gənc energetikləri arasında “Peşə Ustalığı Yarışları”nın qalibi və “Qran-Pri” mükafatı qazanan "Azərişıq" ASC komandasının nümunəvi çıxışı nümayiş olunub. Komanda 10 kV-luq dayaqdan gərginlik altına düşmüş şəxsin azad olunması və ilkin tibbi yardımın göstərilməsi tapşırığını icra edib.  Həmçinin “Azərişıq” ASC-nin Laboratoriya İdarəsinin operativ qrupu nümunəvi çıxışı ilə yadda qalıb.

Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər. Günün yekunlarına əsasən  "Şuşa EŞ" komandası birinci, "Lənkəran EŞ" ikinci, "Ağsu EŞ" və "Zaqatala EŞ" komandaları üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom və kubokla mükafatlandırılıb.

"Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

Mustafa Kamal
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri