“Azərişıq” ASC Ağdərənin elektrik təsərrüfatını yenidən qurur VİDEO
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurun digər ərazilərində olduğu kimi Ağdərədə də elektrik təsərrüfatını yeniləyir. Doğma yurdlarına qovuşan sakinlər keyfiyyətli elekrik enerjisi ilə təmin olunurlar.
Redaktor.az xəbər verir ki, rayon ərazisində 0.4 və 35 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. Yenidənqurma işləri Ağdərənin Həsənriz, Kolatağ, Qozlu, Çıldıran, Çardaxlı, Meqrelatay, Aşağı Oratağ kəndlərini də əhatə edib. Həmin ərazilərdə 35/0.4 kV-luq Komplekt Transformator Məntəqələrinin quraşdırılması həyata keçirilir.
Köç olan digər yaşayış məntəqələrində – Çapar, Heyvalı və Vənglidə də elektrik şəbəkəsi yenilənir. Həmin ərazilərdə 0.4 və 35 kV-luq metal dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin rayonun mövcud elektrik şəbəkəsində təmir-bərpa işləri davam etdirilir.
“Azərişıq” ASC Ağdərə ilə yanaşı ölkənin bütün regionlarda mərhələli şəkildə təmir-bərpa və yenidənqurma işlərini həyata keçirir. Məqsəd abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək, enerji itkisini minimuma endirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 25 Avqust 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















