Icma.az
close
up
RU
Azərişıq Zəngilanın elektrik təsərrüfatını yeniləyir (VİDEO)

Azərişıq Zəngilanın elektrik təsərrüfatını yeniləyir (VİDEO)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərişıq" ASC Zəngilan rayonunun bir sıra kəndlərində, eləcə də şəhər mərkəzində elektrik təsərrüfatını yeniləyir.

Qaynarinfo səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Zəngilanda yeni qurulan şəbəkədə "Ağıllı şəhər", "Ağıllı kənd" layihələrinin infrastrukturu üçün bütün imkanlar yaradılır.

Doğma sakinlərinə qovuşan Ağalı kəndində yeni tikilmiş 55 fərdi yaşayış evi və 2 mərtəbəli, 48 mənzilli binanın dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması üçün bütün işlər görülüb. Həmin yaşayış obyektlərinin işıqlandırılması məqsədilə ikidövrəli 35 kV-luq yeraltı kabel xətləri çəkilib, SMS tipli sayğaclar quraşdırılıb. Ağalı kəndində abonentlərə xidmət göstərən ümümilikdə 10 müasir tipli Tansformator Məntəqəsi (TM) quraşdırılıb.

Bununla yanaşı şəhər ərazisində tikilən 104 mənzilli yaşayış kompleksi 1 600 kVA gücündə 35/04 kV-luq 2 müasir TM-lə təchiz olunub. Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzindən ikidövrəli 35 kV-luq yeraltı kabel xətti çəkilib, binalarda SMS tipli sayğaclar quraşdırılıb.

Gələcəkdə Cahangirbəyli kəndinə köç edəcək sakinlərin elektrik enerjisinə olan tələbatını ödəmək üçün 110/35/10 kV-luq "Zəngilan" yarımstansiyasından 11 km ÖİN-3 (Özünüdaşıyan İzolyasiyalı Naqillərdən) istifadə edilərək ikidövrəli 35 kV-luq kabel hava xətti çəkilib.

Məmmədbəyli də yaxın gələcəkdə öz doğma sakinlərinə qovuşacaq kəndlərdən biridir. Bu məqsədlə yaşayış məntəqəsində yenidənqurma işləri davam edir. Görülən işlərin nəticəsində Ağalı kəndinin Paylayıcı Qurğusundan (PQ) Məmmədbəyliyədək 3,5 km ikidövrəli 35 kV-luq yeraltı kabel xətti çəkilib, 67 SMS tipli sayğac quraşdırılıb. Kənddə 1 000 kVA gücündə müasir tipli 4 TM abonentlərə xidmət göstərəcək.

İstehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən "Azərişıq" ASC ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə yenidənqurma və əsaslı təmir-bərpa işlərini davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri