Azərişıq la bağlı araşdırma başlayıb
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə daxil olmuş vətəndaş müraciətləri əsasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətində 2025-ci ildə rəqabət qanunvericiliyinin pozulması ehtimallarına dair araşdırmalara başladılıb.
Dövlət Agentliyinin xəbərinə görə, birinci araşdırma çərçivəsində istehlakçıların elektrik enerjisi borcları hesablandığı andan etibarən qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddət gözlənilmədən elektrik enerjisinin verilişinin dayandırılması halları yoxlanılır.
İkinci araşdırma isə qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi zamanı həmin obyektlərin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi ilə əlaqədar "Azərişıq" tərəfindən mənfi rəylərin verilməsi halları üzrə aparılır.
Bildirilib ki, hər iki araşdırma hazırda davam edir və nəticələrə əsasən növbəti qərarlar veriləcək/Report.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 15 Fevral 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















