Icma.az
close
up
RU
“Azərişıq” Şahdağ istiqamətində xətləri yeniləyir Video

“Azərişıq” Şahdağ istiqamətində xətləri yeniləyir Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Azərişıq ölkə ərazisində istismar müddətini başa vurmuş elektrik şəbəkəsini yenidən qurur, təmir-bərpa işləri aparır. 

“Qafqazinfo” xəbər verir ki, görülən işlər Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsini (RETSİ) də əhatə edib. Ötən il Xaçmaz RETSİ ərazisində 14 kəndin elektrik şəbəkəsi tam yenilənib. Hazırda region üzrə 17 kənddə yenidənqurma işləri davam etdirilir. 

Xaçmaz RETSİ ərazisinə daxil olan Qusar rayonunda bir neçə kənddə təmir-bərpa işləri yekunlaşdırılıb. Yenidənqurma işləri nəticəsində 110/35/10 kV-luq “Qusar” yarımstansiyası ilə 35/10 kV-luq yarımstansiya arasında 35 kV-luq ikidövrəli xətt çəkilib. Yuxarı Tahircal kəndinin 10 kV-luq elektrik şəbəkəsi də yenidən qurulub. Eyni zamanda 0.4 kV-luq xətlərdə cari təmir və yenidənqurma işləri aparılıb. Həmçinin Əvəcük, Gündüzqala, Xürəl, Köhnə Xudat qazmalar kəndlərinin elektrik şəbəkəsi də tamamilə yenilənib.   

2026-cı ilin ilk günlərindən başlayaraq Şahdağ istiqamətində elektrik təsərrüfatında təmir-pərpa, sazlama işlərinə start verilib. Yararsız dayaqlar yenilənir, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Son günlərdə yağan güclü qar və şaxtalı hava da əməkdaşlarımız üçün maneə deyil. Bütün çətinliklərə baxmayaraq Şahdağ istiqamətində işlər fasiləsiz davam edir. Şahdağ istiqamətində 6 kənddə – Çubuqlu, Bədirqala, Langi, Aladaş, Laza, Əlix kəndlərində təmir-bərpa və yenidənqurma işləri aparılır. 

Şahdağ istiqamətində görülən işlər yekunlaşdıqdan sonra Qusarda həm mərkəz, həm də ətraf kəndlər daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq. Xatırladaq ki, “Azərişıq” ASC bütün regionlarda, həmçinin Qarabağ və Şərqi Zəngəzurda mərhələli şəkildə təmir-bərpa və yenidənqurma işlərini davam etdirir. Məqsəd abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməklə yanaşı, enerji itkisini minimuma endirməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Fevral 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri