Icma.az
close
up
RU
“Azərişıq” və “Azərenerji”nin ötür ötür oyunu, yaxud vətəndaşa məxsus elektrik açarını hansı qurum oğurlaylıb?

“Azərişıq” və “Azərenerji”nin ötür ötür oyunu, yaxud vətəndaşa məxsus elektrik açarını hansı qurum oğurlaylıb?

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Kommunal xidmətlər sahəsində illərdir davam edən sistemsizlik, məsuliyyətsizlik və qeyri-peşəkar idarəetmə artıq vətəndaşların səbrini tükətmək üzrədir. İşıq, qaz, su və istilik kimi əhəmiyyətli xidmətlərin tez-tez kəsilməsi, göstərilən xidmətin keyfiyyətsizliyi, qiymət artımları və bu artımlara heç bir əsaslı izahat verilməməsi insanları dərin narazılığa sürükləyir.
Kommunal sektorda mövcud olan xaos
Kommunal sektorda baş verən problemlər sadəcə texniki xarakter daşımır – bu, açıq-aşkar sistemli idarəetmə böhranının nəticəsidir. Məsuliyyət daşıyan qurumların və rəsmilərin şikayətlərə laqeyd münasibəti, problemlərin həllinə deyil, üzərini ört-basdır etməyə yönəlmiş yanaşması cəmiyyətin etimadını yerlə-yeksan edib. Tədricən sosial narazılığı birə-beş artırır. Vətəndaş şikayət edir, amma heç kim cavab verilmir, yaxud vətəndaşın şikayət etdiyi məsələ, problemlər aylarla, illərlə həll edilməmiş qalır. Baxmayaraq ki, vətəndaşın şikayətində haqlı olduğu elə məhz şikayətin olduğu qurum tərəfindən də təsdiqlənir. Lakin nə fayda? Nəticədə yenə cəzasızlıq, məsuliyyətsizlik, cavabdeh olduğu sahəyə ləyaqətlə xidmət etməmək minlərlə problemlərin üst-üstə yığılıb qalmasına gətirib çıxarır.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son illərdə kommunal sektoru əhatə edən qurumlar arasında ən çox şikayət olunan “Azərişıq” ASC-dir. Səhmdar Cəmiyyətin yarıtmaz fəaliyyəti, vətəndaş şikayətlərinə məhəl qoymaması təkcə fərdi abonentlərlə kifayətlənmir. Eyni zamanda qurum vergi ödəyicisi olan, ödədiyi vergilərlə dövlət büdcəsinə fayda verən iş adamları və sahibkarlar üçün ciddi şəkildə problemlər yaradır ki, bu da öz növbəsində ölkədə əlverişli investisiya mühitinin olmaması, sahibkarların süni əmgəllərlə incidilməsi kimi mənfi fikirlərin formalaşmasına gətirib çıxarır. Halbuki, Cənab Prezident İlham Əliyev ölkədə yerli və xarici investorlar, iş adamları üçün əlverişli biznes mühitinin yaradılmasının zəruriliyi dəfələrlə vurğulayıb, eyni zamanda müvafiq dövlət qurumlarını də bu məsələyə ciddi diqqət yetirməli olduğunu ifadə edib. Ancaq təəssüflər olsun ki, bəzi qurumlar, eləcə də “Azərişıq” ASC öz uğursuz fəaliyyəti, insanları incidən, narazılıq yaradan addımları ilə dövlət başçısının bu siysətinə, ortaya qoyduğu iradəyə qarşı çıxmış olur. Elə “Klassik A” Məhdud Məsuliyyətli Müəssisənin başına gətirilənlər də bunu bir daha sübut edir.
Redaksiyamıza müəssisə tərəfindən daxil olan şikayətin araşdırılması zamanı məlum oldu ki, “Klassik A” MMM Abşeron rayonu ərazisində, Bakı-Şamaxı yolunun 18 kilometrliyindəki “At yalı” qəsəbəsində yerləşən müəssisəyə məxsus kənd təsərrüfatı məhsulları istehsalı sahəsinin enerji təchizatı Sumqayıt Regional Enerji İdarəsinin Xırdalan ETSİ-nin PŞX tərəfindən 9.15.1235 nömrəli 31.05.2011-ci il tarixli texniki şərtə əsasən təmin edilib. Bununla bağlı Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinin Sumqayıt regional bölməsi tərəfindən müəssisəyə dövlət aktı da təqdim edilib. Aktda açıq şəkildə göstərilib ki, müəissəni enerji ilə təmin elektrik qurğularının istismara yararlı olduğu nəzərə alınaraq obyektin istismara qoşulmasına etiraz edilmir.
Qeyd edək ki, müəssisə kənd təsərrüfatı təyinatlı istixananın fəaliyyətini dayandırmasına baxmayaraq, təsisçilər tərəfindən sistemli şəkildə və davamlı olaraq elektrik enerjisi sərfiyatınən ödənişi heç bir gecikmə olmadan həyata keçirilib.
“Azərişıq” və “Azərenerji”nin ötür-ötür oyunu
Lakin bir neçə ay əvvəl müəssisəyə gələn Abşeron rayonu ərazisindəki 83 saylı yarımstansiyanın 110-35-10 kv-luq xətti üzərində yerləşən və 10 kv “TM-28” hava xəttindən budaqlaşmada layihəyə əsasən quraşdırılmış (sınaq protokolu №960-T 15.12.2015-ci il) elektrik açarı götürülüb. Baş vermis hadisə ilə bağlı müəssisə əraziyə nəzarət edən “Azərenerji” ASC-nin işçilərinə dəfələrlə müraciət edilsə də, lakin heç bir nəticə olmayıb. Müxtəlif bəhanələr gətirilib, yaxud oğurluq hadisəsinin (açarın götürülməsi əslində bir oğurluqdur, cinayətdir-S.İ) onlardan əvvəl əraziyə nəzarət edən işçilər tərəfindən baş verdiyi bildirilib. Burada bir məqamı da qeyd etmək lazımdır ki, oğurlanan elektrik açarı məhz müəssisənin öz şəxsi vəsaiti hesabına alınıb. Əgər elektrik açarı “Azərişıq”, “Azərenerji”, yaxud bu sahə ilə məşğul olan bir başqa qurum tərəfindən, dövlət hesabına qoyulsaydı bəlkə də təmir adı altında, yaxud istismar müddəti bitib bəhanəsi ilə götürülməsinə inanmaq olardı. Ancaq avadanlıqlar məhz müəssisə tərəfindən öz vəsaiti hesabına alındığı, eyni zamanda onların götürülməsi (oğurlanması) zamanı “Klassik A” MMM-yə heç bir məlumat verilmədiyi üçün ciddi bir əsas yaranır ki, bu oyun planlı şəkildə qurulub və məqsəd vətəndaşa məxsus olan məhsulu ələ keçirməklə süni narazılıq yaratmaq, onu dövlətə qarşı çıxmağa təhrik etməkdir.
Məlumat üçün qeyd edək ki, həmin açarın ooradan götürülməsi üçün yüksəkgərginlikli xətt yarımşəbəkədəjn ayrılmalıdır. Bunu isə yalnız “Azərenerji” ASC-nin vasitəsilə etmək mümkündür. Bir qədər də dəqiqləşdirsək əminliklə deyə bilərik ki, sözügedən elektrik açarı “Azərenerji” ASC-nin işçiləri tərəfindən oğurlanıb. Təəssüf doğuran məqam ondan ibarətdir ki, müəssisə rəhbərliyi hadisə baş verən andan etibarən dəfələrlə “Azərişıq” ASC, eləcə də digər səlahiyyətli qurumlara rəsmi şəkildə ərizə ilə müraciət etsə də, lakin bu günə qədər problem həllini tapmayıb. Yaxud müraciət olunan bəzi qurumlar ümumiyyətlə ənənələrinə sadiq qalaraq vətəndaş şikayətlərinə məhəl qoymayıb, hansısa cavab verməyi özlərinə borc bilməyiblər. Müəssisəyə cavab məktubu ünvanlayan bəzi qurumlar isə sözün həqiqi mənasında ötür-ötür oyunu ilə məşğul olublar. Nəticədə isə həm müəssisə, həm də əraziyə yaxın olan sakinlər enerji sisteminə məsul olan qurumların, “Azərişıq”, “Azərenerji” ASC kimi yarıtmaz təşkilatların özbaşınalığı, vətəndaş şikayətlərinə biganə münasibətinin ciddi şəkildə əziyyətini çəkir. Qeyd edək ki, son vaxtlar sözügedən ərazi üzrə elektrik enerjisi verilişində müntəzəm olaraq fasilələrin yaranması səbəbindən ərazidə olan transformatorda təmir işlərinin aparılması zərurəti yaranır ki, lakin həmin xətt üzərində açarın olmaması bunu mümkünsüz edir. Eyni zamanda ciddi təhlükə yaradır.
Oğurlanan elektrik açarı, işə məsuliyətsiz yanaşan “Azərenerji”
Məlumat üçün qeyd edək ki, bunlar əsasən açıq havada yerləşən və yüksək gərginlikli elektrik xətlərində istifadə olunan ayırıcılar, yük açarları və təhlükəsizlik məqsədli qurğulardır. Ondan texniki baxış və təmir zamanı xətləri təhlükəsiz şəkildə ayırmaq, fövqəladə hallarda xətləri söndürmək üçün istifadə olunur. İndi təsəvvür edin ki, həmin ərazinin enerji sistemində fövqəladə vəziyyət baş verərəsə, enerji sisteminə səlahiyyətli qurumların məsuliyyətsizliyi və oğurluğu səbəbindən bu hansı fəsadlara gətirib çıxarar?

Bu xoşagəlməz hadisə, elektrik açarlarının oğurlanması ilk növbədə elektrik enerjisinin verilişində fasilələrə səbəb olur. Digər tərəfdən, açar oğurlandıqda, texniki heyət xətləri təhlükəsiz şəkildə bağlaya və ya ayıra bilmir. Nəticədə, təmir və ya qəza halları zamanı elektrik kəsintisi uzanır, qəza riskləri artır. Oğurlanmış və ya sıradan çıxarılmış açar nəticəsində, elektrik xəttində gərginlik qalır, bu isə texniki heyət üçün ölümcül təhlükədir. Bu da bəzən böyük transformatorların və ya alt stansiyaların sıradan çıxması ilə nəticələnə bilər. Kəndlər və ya uzaq rayonlar bu tip hallarda tamamilə işıqsız qala bilər. Hava xətlərindəki açarların oğurlanması — sadəcə vətəndaşa, bir müəssisəyə dəyən maddi zərər deyil, həm də minlərlə insanın həyat keyfiyyətinə, təhlükəsizliyinə və gündəlik fəaliyyətinə ciddi təsir edən məsələdir.
Düzdür, “Azərenerji” köhnəlmiş və istismara yararsız avadanlığın dəyişdirilməsini həyata keçirə bilər və elektrik açarı da bu səbəbdən götürülüb deyə özümüzə təsəlli verə bilərik. Lakin bu götürülmə prosesinin bir neçə ay davam etməsi və onun yenisi ilə əvəz edilməməsi, üstəgəl buna cavabdeh qurumların ötür-ötür oyunu oynayaraq vətəndaşı süründürməsi hadisənin məhz oğurluq olduğu qənaətini formalaşdırır. Bu səbəbdən deyə bilərik ki, bu, həm də cinayətdir və hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Sentyabr 2025 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see162

Bir millət, bir ruh, bir ideya!

20 Sentyabr 2025 11:36see151

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see141

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

20 Sentyabr 2025 16:47see136

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

20 Sentyabr 2025 21:47see132

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see132

Mikayıl Cabbarov Əsrin müqaviləsi nin imzalanmasının ildönümü ilə bağlı paylaşım edib

20 Sentyabr 2025 11:27see131

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see129

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see129

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see127

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see125

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see125

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see124

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see124

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see124

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see123

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see123

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see122

Azərbaycanla aramızda sülh bərqərar olub Paşinyan

20 Sentyabr 2025 10:49see122

Lopeslə Afflekin uğursuz malikanəsi : Milyonlarla dollara dəyəri var, amma...

20 Sentyabr 2025 22:34see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri