Icma.az
close
up
RU
Abşeronda elektrik açarını hansı qurum OĞURLAYIB? Azərişıq”la “Azərenerji” ÜZ ÜZƏ

Abşeronda elektrik açarını hansı qurum OĞURLAYIB? Azərişıq”la “Azərenerji” ÜZ ÜZƏ

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

“Klassik A” MMC-yə gələn Abşeron rayonu 83 saylı yarımstansiyanın 110-35-10 kV-luq xətti üzərində, 10 kV “TM-28” hava xəttindən budaqlaşma yerində quraşdırılmış elektrik açarı oğurlanıb.
Bu barədə Bizim.Media-ya müəssisənin direktoru İlham İsmayılov şikayət məktubu ilə müraciət edib. Müəssisə direktoru aylardır “Azərişıq” və “Azərenerji”nin problemin həllini bir-birilərinin üzərinə atdığını və şikayətinə baxılmadığını bildirir:
 

“Biz bu haqda “Azərenerji” ASC-yə dəfələrlə müraciət etmişik. Bunu qurumun işçiləri edib. Biz də bunu biləndən sonra müraciət etdik. Bizə dedilər ki, həmin işçilər dəyişib. Dedik ki, əvvəlki işçi hara gedibsə, onu tapıb gətirin, amma mümkün olmadı. Qarşıdan qış gəlir, xətdə olan açılmalar təhlükə yarada bilər. Hər hansısa bir təmir prosesində enerjini ayırırıq ki, müəssisəyə təhlükə yaranmasın. Yəni, bu qəza vəziyyətidir və süni şəkildə yaradılıb.


Biz həmin açarı öz vəsaitimiz hesabına qoymuşuq və bu da lahiyəyə salınıb. O açarı oğurlamaq, götürmək üçün yüksək gərginlik xətti yarımşəbəkədən ayrılmalıdır. Bunu da yalnız enerji işçiləri edə bilər”.
“Azərenerji” ASC-dən saytımızın sorğusuna cavab olaraq iddia təkzib edilib:

“Absurd bir məsələdir. "AzərEnerji" 500, 330, 220, 110 kV-luq yüksək gərginlikli ötürmə xətlərinə baxır. 10 kV-luq xəttin və ya elektrik açarının "AzərEnerji"yə nə aidiyyəti var?”

“Azərişıq” ASC isə məsələnin ümumiyyətlə onlara aid olmadığını bildirib.
Qeyd edək ki, şikayətçi problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara şikayət ünvanlayıb, lakin şikayətinə baxılmayıb. Yaranmış vəziyyət təkcə müəssisəyə deyil, həm də ərazidə yaşayan insanlar üçün təhlükə mənbəyinə çevirilə bilər.
Mövzunu diqqətdə saxlayacağıq...
Naibə Məmmədova, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Sentyabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri