Icma.az
close
up
RU
Azərişıqdan daha bir yüksək nəticə...

Azərişıqdan daha bir yüksək nəticə...

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2016-cı ildə ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı, biznes mühitinin yaxşılaşdırılması, eləcə də beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da gücləndirmək üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi məqsədilə yaradılıb. Bu istiqamətlərdə komissiya dövlət qurumları, özəl sektor nümayəndələri ilə sıx əməkdaşlıq edir. 2024-cü ildə daha bir uğurlu əməkdaşlıq “Azərişıq” ASC ilə reallaşıb.

Axar.az xəbər verir ki, “Azərişıq” ASC-nin abonentlərə göstərdiyi xidmətlərin keyfiyyətini artırmaq, mövcud problemləri müəyyən etmək və vətəndaşlarla qarşılıqlı əlaqəni gücləndirmək məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən Müştəri Məmnuniyyəti Sorğusu keçirilib. "Ekvita" şirkəti ilə əməkdaşlıq çərçivəsində keçirilən sorğuda əhali və qeyri əhali abonentləri olmaqla, ümumilikdə 700-ə yaxın respondentin fikri öyrənilib. Sorğu Energetika Nazirliyi, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yanaşı müxtəlif beynəlxalq reytinq agentliklərinin iştirakı ilə baş tutub.

Sorğuda "Azərişıq" ASC-nin təqdim etdiyi fərqli xidmətlər üzrə məmnunluq səviyyəsi ölçülüb.

1. enerji təchizatı şəbəkəsinə qoşulma,

2. elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri,

3. Smart kartların bərpası və yenisinin verilməsi,

4. Əhali və qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi,

5. İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi,

6. Sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu,

7. Qüsurlu ödənişin bərpası.

Sorğunun nəticələrində həmçinin Azərişıq ASC-nin Əsas Fəaliyyət Göstəriciləri əks olunub. Enerji təchizatı şəbəkəsinə qoşulma üzrə elektron müraciətlərin cari göstəricisi 55,3%, hədəf göstərici isə 30%-dir. Sahibkarların bu xidmətlər üzrə məmnunluq səviyyəsi 98% olaraq qiymətləndirilib. Bu göstərici hədəflə üst-üstə düşür. İşlərin keyfiyyəti üzrə cari göstərici 98%, hədəf göstərici isə 95%-dir. İcra müddətlərində gecikmə halları 5% olaraq qeyd olunub və bu da 10%-lik hədəf göstəricisini üstələyir.

“Azərişıq” vətəndaş məmnunluğunu təmin etmək, xidmətlərin keyfiyyətinin artırılması və ölkəmizin kommunal xidmətlər sahəsində beynəlxalq reytinqlərdə mövqeyinin daha da gücləndirilməsi məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya ilə əməkdaşlığı davam etdirəcək, abonentlərlə mütəmadi sorğuların keçirilməsinə şərait yaradacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Yanvar 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri