Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Bir ailənin 3 üzvündən sertifikasiyada yüksək nəticə

Bir ailənin 3 üzvündən sertifikasiyada yüksək nəticə

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Üç gündür ki, başlayan və müəllimlərin həyəcanına həyəcan qatan sertifikatlaşdırma imtahanı davam edir. 

Modern.az xəbər verir ki, "Azərbaycan müəllimi" imtahanlarda yüksək nəticə əldə edən bir ailənin üzvləri olan müəllimlərlə həmsöhbət olub. Qeyd edək ki, hər 3 ailə üzvü Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında “Coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alıb.

Aygül Əliyeva Ağcabədi rayonu Şahsevən kənd tam orta məktəbində coğrafiya fənnini tədris edir. 2020-ci ildə təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) imtahanında 51 bal toplayıb:

"Sertifikatlaşdırma imtahanında isə 56 bal toplamışam. Ailəmizdən 3 nəfərin yüksək nəticə göstərməyi bizim üçün hədsiz sevindirici haldır. Uğurumuzu ilk növbədə çalışmağımıza borcluyuq. Əzmlə çalışan hər bir insan yaxşı nəticə əldə edir. Məncə, bu prosesin yalnız yaxşı tərəfləri var. Sertifikatlaşdırma müəllimlərin peşəkar inkişafına töhfə verir, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin davamlı inkişafına yönəlib. Bu həm də müəllimləri motivasiya edir, onların əməkhaqlarında əhəmiyyətli artımlar olur. Buna görə də prosesdə iştirak etməyim və yaxşı nəticə əldə etməyim məni yalnız sevindirir".

Anar Əliyev də həyat yoldaşı Aygül xanım kimi imtahanı 56 balla yekunlaşdırıb. O, ilk əmək fəaliyyətinə 2019-cu ildə  Ağdam rayonu 114 nömrəli ümumi orta məktəbdə başlayıb. 2023-cü ildə yenidən MİQ imtahanında iştirak edərək Ağcabədi rayonu Təzəkənd kənd V.Cəfərov adına tam orta məktəbdə coğrafiya müəllimi təyin edilib və hazırda adıçəkilən məktəbdə pedaqoji fəaliyyətini davam etdirir. 

"Sertikatlaşdırma imtahanında ilk dəfədir ki, iştirak edirəm. Düşünürəm ki, öz üzərində işləyən, yeniliklərə açıq düşüncə tərzi ilə yanaşan hər bir müəllim üçün imtahanın təşkili olduqca önəmlidir. Ailədə 3 nəfərin eyni anda sertifikatlaşdırma imtahanına hazırlaşması aramızda öyrədici mühitin, rəqabət şəraitinin formalaşmasına şərait yaratdı, bəlkə də bu, uğur qazanmağımızı şərtləndirdi. Valideynlərimin də müəllim olması bizə böyük şans verdi".

Növbəti yüksək nəticə göstərən ailə üzvü Nərgiz Əliyevadır. Nərgiz xanım Ağcabədi şəhəri S.Vurğun adına 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimidir. 

"2018-ci ildə ADPU-nun Ağcabədi filialını bitirib, MİQ imtahanında 57 bal toplayıb.

Bu dəfə isə sertifikatlaşdırma imtanında əldə etdiyim nəticə 59 bal oldu. Bu göstərir ki, MİQ vasitəsilə əmək fəaliyyətinə başlayan müəllimlərin sertifikatlaşdırmada uğur qazanma şansı çoxdur və mənim nəticəm də bunu təsdiqləyir”.

Müəllim qeyd edir ki, sertifikasiya imtahanı təhsilimizin bu günü və gələcəyi üçün böyük əhəmiyyət kəsb edir: “Özümü imtahana tam hazır hiss edirdim. 50 balı ixtisas suallarından toplamışdım. İmtahan çox rahat idi. Suallar məktəb mövzularından kənara çıxmamışdı. Hər səviyyə üzrə suallar var idi. Öz üzərində çalışan müəllimlərin nailiyyət qazana biləcəyi suallar idi, belə deyək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyun 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri