“Azəristiliktəchizat” istiliyin verildiyini deyir, sakinlər isə... Açıqlama
Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Payız-qış mövsümü ilə əlaqədar noyabr ayının 15-dən istiliyin verilməsinə başlanılsa da, hələ də əksər vətəndaşlar istiliyin olmadığını deyirlər.
“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Teleqraf.com-a açıqlamasında bildirdi ki, 15 noyabrda balansda olan bütün yaşayış və qeyri-yaşayış binaları istiliklə təmin edilməyə başlanılıb:
“Noyabrın 15-dən etibarən “Azəristiliktəchizat” ASC-nin balansında olan bütün qazanxana və istilik məntəqələri işə salınıb. Əgər hansısa mənzildə və binada istilik yoxdursa, bununla bağlı 24 saat ərzində fəaliyyət göstərən 956 qaynar xəttinə müraciət edə bilərlər. İstiliyin olmaması mənzildaxili və ya binadaxili problemdən qaynaqlana bilər”.
Elvin Basqallı qeyd edib ki, mənzildaxili və binadaxili problemlərin həlli üçün "Azəristiliktəchizat" ASC tərəfindən lazımi texniki dəstək göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 19 Noyabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















