Icma.az
close
up
RU
AZƏRKOSMOS da YEYİNTİ Palata nələri aşkarlayıb?

AZƏRKOSMOS da YEYİNTİ Palata nələri aşkarlayıb?

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hesablama Palatası Azərbaycan Kosmik Agentliyi (AZƏRKOSMOS) tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsi və idarə edilməsinin hüquqi aktlara uyğunluğuna dair audit aparıb.

Mia.az xəbər verir ki, bu, PalatanınMilli Məclisdə müzakirəyə çıxarılacaq hesabatında qeyd olunub.

Bildirilib ki,  2022-2023-cü illәri əhatə edəndövrdə  aparılan auditin nəticələrinə görə, Agentlik tәrәfindәn 2022-ci ildә “әmәliyyat” vә “maliyyәlәşdirmә” fәaliyyәtlәri üzrә müvafiq olaraq 3089,0 min manat vә ya 10,0% vә 4078,2 min manat vә ya 6,0% çox, “investisiya fәaliyyәti” üzrә isә 4627,2 min manat vә ya 45,0% az, 2023-cü ildә “әmәliyyat” vә “maliyyәlәşdirmә” fәaliyyәtlәri üzrә müvafiq olaraq 4053,6 min manat vә ya 12,0% vә 33831,1 min manat vә ya 63,0% çox, “investisiya fәaliyyәti” üzrә isә 3226,0 min manat vә ya 54,0% az olmaqla tәsdiq olunmuş smetadan kәnar xәrc icra edilmişdir.

Agentlikdә 2022-ci ildә 9605,8 min manat mәblәğindә 61 müqavilә, 2023-cü ildә 10393,9 min manat mәblәğindә 94 müqavilә bir mәnbәdәn satınalma metodu tәtbiq edilmәklә bağlansa da, “Dövlәt satınalmaları haqqında” Qanunun tәlәblәrinә riayәt edilmәyәrәk ehtimal olunan qiymәtlәr Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 18.03.2019-cu il tarixli 106 nömrәli Qәrarı ilә tәsdiq edilmiş "Malların (işlәrin vә xidmәtlәrin) ehtimal olunan qiymәtlәrinin hesablanması Üsulları"na uyğun hesablanmamışdır.

Eyni zamanda, Qanunun tәlәblәri gözlәnilmәyәrәk 2022-ci ildә 15 halda 945,3 min manat, 2023-cü ildә 19 halda 2229,9 min manat mәblәğindә müqavilәlәr müvafiq satınalma metodu (açıq tender) tәtbiq edilmәdәn birbaşa bağlanılmış, 2023-cü ildә 1 halda әsas şәrtlәr toplusunda müәyyәn edilmiş ixtisas uyğunluğuna bir sıra parametrlәr üzrә cavab vermәyәn podratçı ilә 110,0 min manat mәblәğindә satınalma müqavilәsi bağlanılmışdır. 2022-2023-cü illәrdә 4 halda iş vә xidmәtlәrin hәcminin çox (tәkrar) göstәrilmәsi nәticәsindә icraçılara müvafiq olaraq 28,9 min manat vә 366,8 min manat artıq vәsait ödәnilmiş, 2022-ci ildә 15 halda 7315,5 min manat vә 2023-cü ildә isә 21 halda 6827,7 min manat mәblәğindә bağlanılmış satınalma müqavilәlәri üzrә icraçılardan satınalma müqavilәsinin yerinә yetirilmәsi tәminatı tәlәb olunaraq alınmamış, müqavilәdә nәzәrdә tutulmuş öhdәliklәrini müvafiq qaydada yerinә yetirmәdiyi halda Agentlik tәrәfindәn 2022-ci ildә 1 podratçıya 18,8 min manat, 2023-cü ildә isә 3 podratçıya 57,5 min manat mәblәğindә cәrimә sanksiyası tәtbiq edilmәmişdir.

2023-cü ildә keçirilmiş “Texniki personal üzrә xidmәtlәr”in elektron satınalma prosedurunun şәrtlәr toplusunda iddiaçıların müvafiq sahәdә peşәkarlığının, tәcrübәsinin, texniki vә maliyyә imkanlarının, işçi qüvvәsinin, idarәetmә sәriştәsinin, etibarlığının olmasına dair tәlәblәr qoyulmuş, hәmçinin Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinә әsasәn әmәyin mühafizәsi normalarının vә qaydalarının yerinә yetirilmәsinә bilavasitә cavabdehliyin işә götürәn vә işçi arasında tәnzimlәndiyi qeyd olunmuşdur. Lakin personalın texniki tәhlükәsizliklә bağlı tәlim vә s. (SӘTӘM xidmәtlәri) xәrclәri tәrәflәr arasında bağlanmış satınalma müqavilәsinә daxil edilәrәk tәhvil-tәslim aktlarına әsasәn 4 ay üzrә icraçıya 23,5 min manat (ӘDV daxil) әlavә vәsait ödәnilmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://mia.az
archiveBu xəbər 17 Aprel 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri