“Azərkosmos” Dubayda keçirilən sərgidə Heydər Əliyev Mərkəzi üslubunda stendlə təmsil olunur
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) mayın 13-dən 15-dək Dubayda keçirilən “SATExpo 2025” sərgisində S3-A20 nömrəli stendi ilə iştirak edir.
AZƏRTAC xəbər verir ki, “SATExpo 2025” çərçivəsində “Azərkosmos”un gündəliyinə Afrika regionunda onillik uğurlu fəaliyyətin təqdimatı, “Azconnexus” xidmətləri üzrə ən son yeniliklər və Bakı Teleportunun geniş xidmət spektrinin nümayişi daxildir. Sərgi müddətində müxtəlif yayım şirkətləri və peyk operatorları ilə yeni əməkdaşlıqların qurulması istiqamətində müzakirələrin aparılması da nəzərdə tutulur.
“Azərkosmos”un stendi məşhur memar Zaha Hadidin Heydər Əliyev Mərkəzinin konsepsiyasına istinadən dizayn edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 13 May 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















