Azərkosmos un ixrac etdiyi xidmətin dəyəri 11 milyon dolları ötüb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 30 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 41 ölkəsinə 11,6 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizini təşkil edib. 2025-ci ilin avqust ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,1 milyon dollar ilə Birləşmiş Krallıq, 2,3 milyon dollar ilə Lüksemburq, 569,5 min dollar ilə Nigeriya, 537,9 min dollar ilə Türkiyə, 530,4 min dollar ilə İsveç qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 30 Sentyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















