“Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 13 milyon dolları ötüb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 31 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 41 ölkəsinə 13,2 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 ölkə və 5 faiz azdır.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizini təşkil edib. 2025-ci ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,5 milyon dollar ilə Birləşmiş Krallıq, 2,6 milyon dollar ilə Lüksemburq, 717,6 min dollar ilə İsveç, 635,8 min dollar ilə Nigeriya, 614,3 min dollar ilə Türkiyə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 31 Oktyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















