Icma.az
close
up
RU
Azərkosmosun peyk həlləri Qırğızıstanda buna görə istifadə olundu

Azərkosmosun peyk həlləri Qırğızıstanda buna görə istifadə olundu

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Azərkosmosun Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığı çərçivəsində hazırladığı rəqəmsal peyk həlləri təbii fəlakət riskinin qiymətləndirilməsi və qarşısının alınmasında istifadə olunub.

"Unikal" xəbər verir ki, Azərkosmos tərəfindən təqdim olunan yüksək dəqiqlikli rəqəmsal relyef modeli (DEM – Digital Elevation Model) Qırğızıstanda potensial təbii fəlakətin qarşısını almaqda mühüm rol oynayıb və yüzlərlə insanın həyatını xilas etməyə kömək edib.

Qeyd edək ki, DEM ərazinin yüksəklik məlumatlarını rəqəmsal formada təsvir edən coğrafi məlumat modeli olub, relyefin quruluşunu və formasını dəqiq şəkildə təsvir etmək üçün istifadə olunur. Peyk təsvirlərinin təhlili və əlavə monitorinq məlumatları əsasında müəyyən edilib ki, Qırğızıstanda İssık-göl ərazisində dağ gölünün daşması ilə bağlı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi mümkün deyil və ətraf kəndlər ciddi daşqın təhlükəsi ilə üzləşə bilər. Bu məlumatlar əsasında Qırğızıstanda aidiyyəti qurumlar dərhal tədbir görərək risk altındakı yaşayış məntəqələrindən insanların evakuasiyasını təşkil edib. Evakuasiyadan cəmi dörd gün sonra gözlənilən daşqın baş verib. Lakin vaxtında görülən tədbirlər sayəsində 500 nəfərin həyatı xilas olunub.

Qırğızıstanda 2000-dən çox dağ gölü mövcuddur və onlardan 320-si potensial fövqəladə hallar üçün ciddi təhlükə yaradır. Yüksək dağlıq ərazilərdə yerləşən bu göllərin daşması Mərkəzi Asiya regionuna genişmiqyaslı təsirlər göstərə bilər. Təbii fəlakətin baş verməsinin əsas səbəblərindən biri dağ göllərinin iqlim dəyişiklikləri nəticəsində artan həssaslığıdır. Temperaturun yüksəlməsi buzlaqların əriməsini sürətləndirərək göllərin səviyyəsinin kritik həddə çatmasına gətirib çıxarır. Məsələn, riskli ərazilərdə daha detallı peyk monitorinqinin aparılması və bu göllərin təhlükəsizlik strukturunun gücləndirilməsi gələcəkdə bənzər fəlakətlərin qarşısını ala bilər. Rəqəmsal relyef modelləri və peyk məlumatları fəlakətlərin idarə olunmasında yüksək dəqiqlikli proqnozlar verərək həm insan, həm də maliyyə resurslarına qənaət etməyə imkan verir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Dekabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri