Icma.az
close
up
RU
“Azərkosmos”un peyk həlləri Qırğızıstanda təbii fəlakətin qarşısının alınmasında istifadə olunub

“Azərkosmos”un peyk həlləri Qırğızıstanda təbii fəlakətin qarşısının alınmasında istifadə olunub

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığı çərçivəsində hazırladığı rəqəmsal peyk həlləri təbii fəlakət riskinin qiymətləndirilməsi və qarşısının alınmasında istifadə olunub. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Azərkosmos” tərəfindən təqdim olunan yüksək dəqiqlikli rəqəmsal relyef modeli (DEM – Digital Elevation Model) Qırğızıstanda potensial təbii fəlakətin qarşısını almaqda mühüm rol oynayıb və yüzlərlə insanın həyatını xilas etməyə kömək edib.

Qeyd edək ki, DEM ərazinin yüksəklik məlumatlarını rəqəmsal formada təsvir edən coğrafi məlumat modeli olub, relyefin quruluşunu və formasını dəqiq şəkildə təsvir etmək üçün istifadə olunur. Peyk təsvirlərinin təhlili və əlavə monitorinq məlumatları əsasında müəyyən edilib ki, Qırğızıstanda İssık-göl ərazisində dağ gölünün daşması ilə bağlı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi mümkün deyil və ətraf kəndlər ciddi daşqın təhlükəsi ilə üzləşə bilər. Bu məlumatlar əsasında Qırğızıstanda aidiyyəti qurumlar dərhal tədbir görərək risk altındakı yaşayış məntəqələrindən insanların evakuasiyasını təşkil edib. Evakuasiyadan cəmi dörd gün sonra gözlənilən daşqın baş verib. Lakin vaxtında görülən tədbirlər sayəsində 500 nəfərin həyatı xilas olunub.

Qırğızıstanda 2000-dən çox dağ gölü mövcuddur və onlardan 320-si potensial fövqəladə hallar üçün ciddi təhlükə yaradır. Yüksək dağlıq ərazilərdə yerləşən bu göllərin daşması Mərkəzi Asiya regionuna genişmiqyaslı təsirlər göstərə bilər. Təbii fəlakətin baş verməsinin əsas səbəblərindən biri dağ göllərinin iqlim dəyişiklikləri nəticəsində artan həssaslığıdır. Temperaturun yüksəlməsi buzlaqların əriməsini sürətləndirərək göllərin səviyyəsinin kritik həddə çatmasına gətirib çıxarır.

Məsələn, riskli ərazilərdə daha detallı peyk monitorinqinin aparılması və bu göllərin təhlükəsizlik strukturunun gücləndirilməsi gələcəkdə bənzər fəlakətlərin qarşısını ala bilər. Rəqəmsal relyef modelləri və peyk məlumatları fəlakətlərin idarə olunmasında yüksək dəqiqlikli proqnozlar verərək həm insan, həm də maliyyə resurslarına qənaət etməyə imkan verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Dekabr 2024 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri