Icma.az
close
up
RU
Azərlotereya Xankəndində Qış nağılında iştirak edir Xəbər saytı Son xəbərlər və Hadisələr

Azərlotereya Xankəndində Qış nağılında iştirak edir Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərlotereya" ASC Qarabağın dirçəldilməsi naminə keçirilən sosial və mədəni layihələrə dəstəyini davam etdirir. 34 ildən sonra ilk dəfə Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Qış nağılı" bayram yarmarkası təşkil edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Zəfər meydanında keçirilən yarmarkada sponsorlardan biri də "Azərlotereya"dır. Məqsəd Qarabağda sosial və iqtisadi canlanmaya töhfə vermək, həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinə diqqət çəkməkdir.

Yarmarkada yerli istehsalçıların təqdim etdiyi müxtəlif məhsullar, bayrama uyğun dekorasiyalar və xüsusi konsert proqramı ziyarətçilərə bayram təəssüratı bəxş edib.

Yarmarka Xankəndi sakinləri və şəhəri ziyarət edənlər üçün həmrəylik, birlik və sevinc simvoluna çevrilib. "Qış nağılı" yarmarkası yanvarın 4-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Azərlotereya" hər zaman Qarabağın inkişafına dair həyata keçirilən işlərə böyük töhfə verir. "Hər şey Qarabağ üçün" layihəsi çərçivəsində tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağ Dirçəliş Fonduna ianə edilir. Bundan əlavə, "Azərlotereya" işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi üçün xüsusi itlərin alınmasına dəstək göstərib.

Həmçinin "Azərlotereya"nın 2022-ci ildən həyata keçirdiyi "Əmanətə Sədaqət" layihəsi indiyədək 150 şəhid əmanətini əhatə edir. Layihə əsasında Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.

"Azərlotereya" bundan sonra da hər zaman Qarabağın bərpasına dəstək istiqamətində səylərini davam etdirəcək.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Dekabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see252

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see222

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see213

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see209

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see206

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see155

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see153

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see153

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see146

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see143

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see140

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see135

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see134

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see134

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see131

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see131

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see130

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri