“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 12 oktyabr, AZƏRTAC
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC Azərbaycan pambıqçılığının rəqabət qabiliyyətinin artırılması, ixrac potensialının genişləndirilməsi və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
MMC-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Cəmiyyətin direktoru Fəxri Mehdiyev İndoneziyanın ölkəmizdəki səfiri Berlian Helmini ilə görüşüb. Görüşdə Azərbaycan və İndoneziya arasında siyasi-iqtisadi münasibətlər, pambıqçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq imkanları müzakirə olunub.
Görüş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası, aqrar məhsulların ixracının artırılması və emal sahələrinin inkişafı baxımından da əhəmiyyət daşıyır.
Müzakirələr zamanı Azərbaycan pambığının İndoneziyaya ixracı, Azərbaycan xammalı əsasında və Azərbaycan tərəfinin pay iştirakı ilə bu ölkədə pambıq emalı müəssisəsinin yaradılması, eləcə də İndoneziya investisiyaları hesabına Ələt Azad İqtisadi Zonasında istehsalın təşkili imkanları nəzərdən keçirilib. Ekoloji pambıq layihələri üzrə əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub.
Qeyd edilib ki, bu təşəbbüslərin reallaşdırılması Azərbaycan pambığının ixrac coğrafiyasının genişləndirilməsinə, yerli xammalın emal imkanlarının artırılmasına və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verə bilər.
Cəmiyyətin rəhbər heyətinin nümayəndələrinin və İndoneziya səfirliyinin əməkdaşlarının da iştirak etdikləri görüşdə tərəflər müzakirə olunan istiqamətlər üzrə danışıqların davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 12 Oktyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















