“Azərpoçt” “ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi” sertifikatı alıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 26 noyabr 2025-ci il tarixində keçirilmiş müvafiq sertifikasiyadan uğurla keçərək keyfiyyətin idarə olunması üzrə beynəlxalq tələblərə uyğunluğunu təsdiqləyib.
Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib.
Audit nəticəsinə əsasən, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması Orqanı tərəfindən “Azərpoçt” MMC-yə “Keyfiyyətin İdarəetmə Sistemləri – Tələblər” (ISO 9001:2015) standartına uyğunluğu təsdiq edən Uyğunluq Sertifikatı təqdim edilib. Sertifikatın tətbiq sahəsi poçt xidmətlərinin göstərilməsini əhatə edir.
“ISO” standartlarının tətbiqi müştərilərin “Azərpoçt”a olan etibarını artırmaqla yanaşı, əməkdaşların motivasiyasının yüksəlməsinə, daxili proseslərin daha şəffaf və sistemli şəkildə qurulmasına şərait yaradır. Bu isə göstərilən xidmətlərin keyfiyyətinin davamlı inkişafına birbaşa töhfə verir. Çünki “ISO 9001:2015” standartı müştəri məmnuniyyətini yalnız bir hədəf kimi deyil, şirkətin gündəlik fəaliyyətinin mərkəzi prinsipi kimi müəyyənləşdirir.
Bu sertifikat “Azərpoçt”un mükəmməlliyə doğru atdığı ardıcıl və inamlı addımının, həmçinin beynəlxalq keyfiyyət idarəetmə tələblərinə tam uyğunluğunun və müştəri məmnuniyyətinə verilən yüksək önəmin növbəti təsdiqidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 16 Dekabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















