Icma.az
close
up
RU
“Azərpoçt” və Mətbuat Şurası media müsabiqəsi elan edir

“Azərpoçt” və Mətbuat Şurası media müsabiqəsi elan edir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 19 avqust, AZƏRTAC

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Mətbuat Şurası ilə birlikdə media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında 9 Oktyabr - Ümumdünya Poçt Günü manasibətilə “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda araşdırma müsabiqəsi keçirir.

Müsabiqə üzrə istiqamətlər aşağıdakılardır:

1. Ənənəvi poçtların transformasiyasını şərtləndirən amillər və ən yaxşı beynəlxalq nümunələr;

2. “Azərpoçt” MMC-nin transformasiya dövrünün nəticələri;

3. “Azərpoçt”un təklif etdiyi rəqəmsal həllərin müştərilər üçün faydaları;

Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda (konkret götürülməklə) və ümumi şəkildə (hər biri eyni müsabiqə materialında olmaqla) istinad edilə bilər.

Müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq:

I yer: 5 nəfər (Onlardan 3-ü qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, 2-i TV və radio olmaqla) – 1000 manat;

II yer: 5 nəfər (Onlardan 3-ü qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, 2-i TV və radio olmaqla) – 700 AZN

III yer: 5 nəfər (Onlardan 3-ü qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, 2-i TV və radio olmaqla) – 500 AZN

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

∙ mövzunun dolğun əhatə edilməsinə;

∙ faktların düzgün təhlilinə;

∙ faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;

∙ ifadə vasitələrinin zənginliyinə;

∙ oxucu üçün məlumatlılıq dərəcəsinə;

∙ qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə 2025-ci il avqustun 20-dən sentyabrın 20-dək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə veriləcək videomateriallar, radiolarda səsləndiriləcək audiomateriallar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.

Müsabiqə materiallarında “Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda müsabiqəyə təqdim olunur” qeydi yer almalıdır.

Müsabiqə materialının yayımlandığı media subyekti media reyestrindən keçməlidir. Adı media reyestrində olmayan media subyektlərində yayımlanmış materiallar müsabiqə materialı kimi nəzərə alınmayacaq.

Müsabiqə materialının müəllifi media reyestrindən keçmiş konkret media subyektində çalışmalı və onun müsabiqə üçün təqdim etdiyi material çalışdığı media subyektində yayımlanmalıdır.

Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:

- müəllifin konkret media subyektində çalışması barədə sənədin (vəsiqənin və ya media subyektindən arayışın) surəti;

- şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

- şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

- müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;

- elektron daşıyıcıda materialın elektron forması (“Times New Roman” şriftində, müəllifin adı qeyd olunmaqla);

- yazı elektron media resursunda yayımlanıbsa, elektron daşıyıcıda yazının linki göstərilməlidir.

Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

Müsabiqə materialı [email protected] email ünvanına göndərilməlidir;

Təqdimatda yer almalıdır:

- müsabiqə yazısı (“Word” faylında, imzasız);

- müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);

- yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr;

- yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin media orqanında çalışdığını təsdiqləyən digər sənəd (PDF, JPG, yaxud “Word” faylında);

- yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) əlavə olunmalıdır.

Müsabiqə üçün materiallar avqustun 20-dən sentyabrın 20-dək həftənin iş günləri saat 11:00-dan 17:00-dək Bakı şəhəri, Məmməd Araz, 4 ünvanında – Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə: (+994 12) 441 35 96,

Mobil/vatsap: (+994 50) 242 09 91; (+994 55) 789 85 03.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Avqust 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri