Icma.az
close
up
RU
Azərpoçt media müsabiqəsi elan edir!

Azərpoçt media müsabiqəsi elan edir!

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Mətbuat Şurası ilə birlikdə media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında 9 Oktyabr - Ümumdünya Poçt Günü münasibəti ilə “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda araşdırma müsabiqəsi keçirir.

"Unikal" müsabiqənin şərtlərini təqdim edir: 

1. Müsabiqənin istiqamətləri

Müsabiqə üzrə istiqamətlər aşağıdakılardır:

Ənənəvi poçtların transformasiyasını şərtləndirən amillər və ən yaxşı beynəlxalq nümunələr “Azərpoçt” MMC-nin transformasiya dövrünün nəticələri “Azərpoçt”un təklif etdiyi rəqəmsal həllərin müştərilər üçün faydaları

Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda (konkret götürülməklə) və ümumi şəkildə (hər biri eyni müsabiqə materialında olmaqla) istinad edilə bilər.

2. Müsabiqə üzrə mükafatlandırma

Müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq:

I yer: 5 nəfər (Onlardan 3-ü qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, 2-i TV və radio olmaqla) – 1000 manat;

II yer: 5 nəfər (Onlardan 3-ü qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, 2-i TV və radio olmaqla) – 700 AZN

III yer: 5 nəfər (Onlardan 3-ü qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, 2-i TV və radio olmaqla) – 500 AZN

3. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

mövzunun dolğun əhatə edilməsinə; faktların düzgün təhlilinə; faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə; ifadə vasitələrinin zənginliyinə; oxucu üçün məlumatlılıq dərəcəsinə; qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə 20 avqust 2025-ci il tarixindən 20 sentyabr 2025-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə veriləcək videomateriallar, radiolarda səsləndiriləcək audiomateriallar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.

Müsabiqə materiallarında “Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda müsabiqəyə təqdim olunur” qeydi yer almalıdır.

Müsabiqə materialının yayımlandığı media subyekti media reyestrindən keçməlidir. Adı media reyestrində olmayan media subyektlərində yayımlanmış materiallar müsabiqə materialı kimi nəzərə alınmayacaq.

Müsabiqə materialının müəllifi media reyestrindən keçmiş konkret media subyektində çalışmalı və onun müsabiqə üçün təqdim etdiyi material çalışdığı media subyektində yayımlanmalıdır.

4. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır

- müəllifin konkret media subyektində çalışması barədə sənədin (vəsiqənin və ya media subyektindən arayışın) surəti;
- şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
- müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;
- elektron daşıyıcıda materialın elektron forması (“Times New Roman” şriftində, müəllifin adı qeyd olunmaqla);
- yazı elektron media resursunda yayımlanıbsa, elektron daşıyıcıda yazının linki göstərilməlidir.

Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır

Müsabiqə materialı [email protected] email ünvanına göndərilməlidir;

Təqdimatda yer almalıdır:

- müsabiqə yazısı (“Word” faylında, imzasız);
müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);
- yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr;
- yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığını təsdiqləyən digər sənəd (PDF, JPG, yaxud “Word” faylında);
- yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) əlavə olunmalıdır.

Müsabiqə üçün materiallar 20 avqust 2025-ci il tarixindən 20 sentyabr 2025-ci il tarixinədək, həftənin iş günləri saat 11:00-dan 17:00-dək Bakı şəhəri, Məmməd Araz, 4 ünvanında – Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə:
(+994 12) 441 35 96

Mobil/vatsap:
(+994 50) 242 09 91; (+994 55) 789 85 03


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see261

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see260

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see239

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see230

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see228

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see222

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see218

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see216

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see204

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see196

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see190

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see185

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see182

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see180

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see174

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see170

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see169

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri