Icma.az
close
up
RU
“Silk Way West Airlines”lə “CargoAi” saziş imzaladı Foto

“Silk Way West Airlines”lə “CargoAi” saziş imzaladı Foto

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Silk Way West Airlines”, Xəzər regionu və Mərkəzi Asiyanın aparıcı yük aviaşirkəti, Şanxayda keçirilən “Air Cargo China 2026” sərgisi çərçivəsində “CargoAi” ilə rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb. Bu əməkdaşlıq aviaşirkətin rəqəmsal transformasiya prosesində növbəti mühüm addım kimi qiymətləndirilir.

“Qafqazinfo” xəbər verir ki, saziş “Silk Way West Airlines” şirkətinin prezidenti Volfqanq Mayer və “CargoAi” şirkətinin təsisçisi və baş icraçı direktoru Matye Peto tərəfindən imzalanıb.

Tərəfdaşlıq hər iki şirkətin qlobal hava yükdaşıma sənayesində rəqəmsal transformasiyanı sürətləndirmək və bazar iştirakçıları arasında əməkdaşlığı daha da gücləndirmək istiqamətində ortaq məqsədlərini əks etdirir.

Tərəfdaşlıq çərçivəsində “Silk Way West Airlines” öz xidmətlərini “CargoAi”ın rəqəmsal platformasına inteqrasiya edəcək. Bu inteqrasiya sayəsində dünyanın müxtəlif ölkələrindən olan ekspeditorlar aviaşirkətin geniş gövdəli yük təyyarələrinin daşıma imkanlarına daha rahat və səmərəli çıxış əldə edəcəklər. İnteqrasiya tariflərin daha şəffaf təqdim olunmasına imkan verəcək, növbəti mərhələdə isə “CargoAi” platforması vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarının istifadəyə verilməsi nəzərdə tutulur.

Əməkdaşlıq ekspeditorlara mövcud daşıma imkanlarını asanlıqla araşdırmağa və səmərəli, şəffaf rəqəmsal proses vasitəsilə “Silk Way West Airlines”in qlobal marşrut şəbəkəsinə çıxış əldə etməyə imkan verəcək. Bu təşəbbüs eyni zamanda aviaşirkətin müştəri təcrübəsini davamlı şəkildə təkmilləşdirmək və beynəlxalq bazarlarda yükdaşıma xidmətlərindən istifadə imkanlarını genişləndirmək məqsədinə xidmət edir.

Müasir yük təyyarələri parkına malik olan “Silk Way West Airlines” Bakıdakı strateji mövqeyə malik habı vasitəsilə Avropa, Asiya, Yaxın Şərq və Amerika qitəsinin əsas bazarlarını birləşdirir. “CargoAi” ilə tərəfdaşlıq aviaşirkətin rəqəmsal distribusiya imkanlarını gücləndirəcək və müştərilərin onun qlobal yükdaşıma həllərindən rahat istifadə etməsinə şərait yaradacaq.

“CargoAi” ilə tərəfdaşlıq rəqəmsal transformasiya yolumuzda mühüm addımdır”,- deyə “Silk Way West Airlines”in prezidenti Volfqanq Mayer bildirib.

“Rəqəmsal bronlaşdırma imkanlarını genişləndirməklə biz ekspeditorlara mövcud daşıma imkanları barədə aydın məlumat, uyğun yükdaşıma həllərini operativ şəkildə tapmaq imkanı və qlobal şəbəkəmiz üzrə “Silk Way West Airlines” ilə rahat əməkdaşlıq təcrübəsi təqdim etməyi hədəfləyirik. Bu əməkdaşlıq müştərilərimiz üçün əlavə dəyər yaradan və hava yükdaşıma sənayesinin davamlı inkişafını dəstəkləyən innovativ həllərin tətbiqinə sadiqliyimizi əks etdirir. “Silk Way West Airlines”i “CargoAi”ın rəqəmsal ekosistemində salamlamaqdan məmnunuq”, - deyə “CargoAi”in təsisçisi və baş icraçı direktoru Matye Peto bildirib.

O qeyd edib ki, aviaşirkətin qlobal marşrut şəbəkəsi və geniş gövdəli yük təyyarələri ekspeditorlara etibarlı yükdaşıma həllərindən istifadə üçün yeni imkanlar yaradacaq: “Biz “Silk Way West Airlines”in xidmətlərini dünya üzrə müştərilər üçün daha səmərəli, şəffaf və rəqəmsal mühitdə əlçatan etməsinə dəstək göstərməkdən məmnunuq”.

“Silk Way West Airlines”in xidmətlərinin “CargoAi” platforması üzərindən rəqəmsal bronlaşdırılması növbəti mərhələdə istifadəyə veriləcək. Əlavə məlumat “Silk Way West Airlines” və “CargoAi”in rəsmi veb-saytları və sosial media kanalları vasitəsilə elan olunacaq.

“Silk Way West Airlines” haqqında

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Boeing 777F, 747-8F və 747-400F yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan “Silk Way West Airlines” 2030-cu ilə qədər donanmasını müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350F təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yük dövriyyəsini idarə edir.

“CargoAi” haqqında

“CargoAi” hava yükdaşıma sənayesində ən sürətlə inkişaf edən rəqəmsal platformalardan biri olaraq innovativ həllər vasitəsilə yükdaşımaların rəqəmsallaşdırılmasına töhfə verir. Sənaye ekspertləri tərəfindən idarə olunan şirkət satınalma, ödəniş və dayanıqlılıq proseslərini sadələşdirən kompleks rəqəmsal həllər təqdim edir.

“CargoAi” qabaqcıl texnologiyalar, effektiv icra mexanizmləri və yükdaşıma sənayesinin rəqəmsal transformasiyasına yönəlmiş strateji yanaşmanı bir araya gətirir. “CargoWALLET” həlli vasitəsilə şirkət 150-dən çox ölkədə və 47 valyutada təhlükəsiz və ani ödənişləri təmin edən rəqəmsal ödəniş platformasını təqdim edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 İyun 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri