Azərreyl in baş məşqçisi: Komandanın daha yaxşı olacağına inanıram
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
"Bugünkü oyunda qalib gəlsək də, bəzi səhvlərimiz oldu. Buna nümunə kimi servis və topa qəbul zamanı səhvləri göstərmək mümkündür".
İdman.biz xəbər verir ki, bunu "Azərreyl"in qadınlardan ibarət komandasının baş məşqçisi Paolo Tofoli deyib.
İtaliyalı mütəxəssis Azərbaycan Yüksək Liqasının 12-ci turunda “Murov Az Terminal”la görüşdə qeydə alınan nəticənin onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Bu matç bizim üçün çox əhəmiyyətli idi. Turnir cədvəlində “Murov Az Terminal”la bizim aramızda böyük xal fərqi yox idi. İkinci setin sonlarına yaxın oyunda dönüş edə bildik. Nəticədə bu gün vacib qələbə qazandıq. Əvvəlki matçlara nəzərən oyunumuzda yüksəliş hiss olunur. Komandanın daha yaxşı olacağına inanıram".
Qeyd edək ki, “Murov Az Terminal”la 3:1 hesabı ilə qalib gələn "Azərreyl" xal fərqini 3-ə endirib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 20 Fevral 2025 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















