Azərreyl in baş məşqçisi: Qarşıdakı vaxtlarda daha yaxşı oyunlar göstərəcəyik
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qarşıdakı vaxtlarda daha yaxşı oyunlar göstərəcəyik.
"Report" xəbər verir ki, bunu "Azərreyl"in baş məşqçisi Paolo Tofoli qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XII turunda "Murov Az Terminal"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, qələbəyə görə sevincli olduğunu bildirib:
"Bəzi səhvlərə baxmayaraq, qələbə qazanmağı bacardıq. Top qəbulunda və servis atışları zamanı voleybolçularımız ara-sıra səhvlər buraxırdılar. Bununla belə, qalib gələ bildik. "Murov Az Terminal"la matç bizim üçün önəmli idi. Qalib gələrək onları üstələmək istəyirdik. İkinci setin sonlarında dönüş nöqtəsini yarada bildik və oyunçuların baxımlı performansı sayəsində istəyimizə çatdıq. Qarşıdakı vaxtlarda daha yaxşı oyunlar göstərəcəyik".
Qeyd edək ki, "Azərreyl" - "Murov Az Terminal" görüşü birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 19 Fevral 2025 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















