Icma.az
close
up
RU
“Azərreyl”in kapitanı: “Həmin görüşlərə çox ciddi hazırlaşmalıyıq”

“Azərreyl”in kapitanı: “Həmin görüşlərə çox ciddi hazırlaşmalıyıq”

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Xilasedici"yə qarşı çox gözəl komanda oyunu göstərdik". Sport24.az xəbər verir ki, bunu İdman.biz-ə "Azərreyl"in voleybolçusu Vüsal Rüstəmov deyib.

Komandasının kapitanı Azərbaycan Yüksək Liqasının VIII turunda qarşılaşdıqları "Xilasedici" ilə oyunu şərh edib. O bildirib ki, 3:1 hesabı ilə qalib gəldikləri matç kifayət qədər gərgin keçib: "Həm biz, həm də rəqib qarşılaşmaya yaxşı hazırlaşmışdıq. "Xilasedici" oyun boyu çox güclü təzyiq göstərdi. Ancaq qələbə qazanacağımıza inanırdıq. İlk setdə üstün olduq. İkinci hissədə rəqib hesabı bərabərləşdirsə də, həvəsdən düşmədik, sona qədər mübarizə apardıq. Üçüncü və dördüncü setləri öz hesabımıza yazaraq qalib gəldik. Ümumi turun nəticəsinə baxsaq, "Neftçi" MOİK üzərində 3:0 hesablı qələbə qazandı, "Murov Az Terminal" isə "Gənclər"i eyni hesabla məğlub etdi. Ancaq deyərdim ki, turun ən baxımlı matçı bizimki oldu".

Rüstəmov bildirib ki, son 2 tur "Azərreyl" üçün uğurlu olub: "Həm "Neftçi", həm də "Xilasedici" üzərində qələbə qazandıq. "Murov Az Terminal"a məğlub olsaq da, bu bizi həvəsdən salmadı. Ümid edirəm ki, bundan sonra daha da yaxşı çalışıb, növbəti oyunlarda qələbə qazanacağıq. Qarşıda oyunlarımız var. Həmin görüşlərə çox ciddi hazırlaşmalıyıq. Daha yaxşı yerlərə qalxmağı hədəfləyirik. Ardınca pley-off və final mərhələləri olacaq. Müntəzəm çempionatda yaxşı bir mövqe qazana bilsək, həlledici görüşlər də bizə rahat olar".

Qeyd edək ki, "Azərreyl" 16 xalla turnir cədvəlində üçüncüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sport24.az
archiveBu xəbər 01 Fevral 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri