Icma.az
close
up
RU
AZƏRSU da hələ də köhnə yeyintidir: EREN şirkəti elə əvvəlki kimi yeyir BÜDCƏMİZ BELƏ DAĞIDILIR...

AZƏRSU da hələ də köhnə yeyintidir: EREN şirkəti elə əvvəlki kimi yeyir BÜDCƏMİZ BELƏ DAĞIDILIR...

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda tender anlayışı formaldırmı? Yoxsa pulla danışanlar üçün sistemdə xüsusi yollar, görünməyən qapılar açılır? Təbii kifayət qədər ciddi sualdır. Biz aşağıdakı yazıda faktlarla sübut edəcəyik ki, maləsəf, hələ də dövlətimizin büdcə pulları kimlər üçünsə peşkəş edilməkdədir. Hələ də bəzi işbaz məmurlar var ki, dünənə qədər büdcəmizi sümürən dələduzları dövlət büdcəsinə şərik qoşur.

Maləsəf bu faktdır və "Dia-az" olaraq aşağıda həmin faktlardan birini - Dövlət Su Ehtiyatları Agentliyində baş verməkdə olan TENDER KORRUPSİYASINI təqdim edəcəyik...

Beləliklə... Bu gün keçmiş "Azərsu" – ölkənin su və kanalizasiya infrastrukturuna cavabdeh olan dövlət qurumu – milyonlarla manatlıq layihələri tendersiz şəkildə bir şirkətə verir: "EREN" şirkəti... Bəli... yəqin ki bu şirkət sizlərə tanı gəldi. "Azərsu"nunun əvvəlki rəhbərliyi - Qorxmaz Hüseynovun vaxtında bu şirkətin kəsdiyi başa sorğu-sual yox nidi və sorğusuz-filansız "Azərsu" tenderləri bu şirkətə verilirdi. Çünki az qala ayrılan tender vəsaitinin 20 faizi geriyə "otkad" kimi Qorxmaz müəllimə qayıdırdı. Elə indi də elədir... Qorxmaz Hüseynov yoxdur... amma onun QORXMAZ "EREN" şirkəti var...

Tender keçirilmədən 20 milyon manatlıq layihələr

Son dövrlər 19-20 milyon manatlıq layihələrin tender keçirilmədən, birbaşa Eren şirkətinə verildiyi iddia olunur. Halbuki Azərbaycan bazarında qeydiyyatda olan yüzlərlə şirkət var ki, bu layihələr üzrə həm texniki imkanlara, həm də daha aşağı qiymət təklifinə malikdir.
Lakin onların sənədlərinə baxan belə olmur. Rəqabət sıfırlanır. Ədalət ikinci plana keçir. Və nəticədə – ictimai vəsaitlər yüksək qiymətlərlə xarici şirkətlərə ötürülür.

Köhnə rəhbərlik – köhnə əlaqələr

Məlumata görə, bir neçə il əvvəl "Azərsu"da keçmiş rəhbərlik dövründə "Eren" şirkəti ilə sıx əməkdaşlıq olub. Adları hallanan Qorxmaz və Elman adlı şəxslərin, "Eren" şirkətinə böyük layihələri tender olmadan ötürdüyü deyilir. Məlumata görə, "Eren" şirkəti aldığı pulların 20%-ni onlara geri “təqdim edirmiş. Bu, həmin şirkətin daxili çevrələrində etiraf edilmiş məlumatlar sırasındadır.

Yeni rəhbərlik, köhnə metod

Yenilənmiş rəhbərliklə yollar axtaran "Eren" şirkəti, son 2-ildə yenidən sistemə inteqrasiya olunmağı bacarıb. Və bu dəfə də nəticə dəyişməyib: yenə də bütün böyük layihələr yenidən "Eren"ə verilir.

Layihələrin siyahısı artıq gizli deyil

"DİA-AZ" olaraq araşdırmalarımız nəticəsində ortaya konkret dəlillər də çıxarmışıq. Məsələn, bu günə qədər "Eren" şirkətinin iştirak etmədən aldığı layihələrə aşağıdakılar daxildir:

• Zığ-Hövsan kanalizasiya kollektorü
• Müşfiqabad hövzəsi üzrə gətirici kollektor mikrotunel quyuları
• Xankəndi kollektoru
• Tərtər sol sahil kanalı
• Kəlbəcər infrastruktur layihəsi və digərləri.

Bu layihələrin əksəriyyəti 50-100 milyon manat arasında dəyərə malikdir.

Sual açıq qalır: Eren kimdir və AXI NİYƏ?

"Eren" şirkətinin rəhbəri Eren Mollaoğlu bu gün Azərbaycanda tender sistemi ilə “öz dilində danışmağı bacaran” biri kimi tanınır. Tender olmadan layihə almaq, istədiyi işi götürmək, rəqibləri kənarlaşdırmaq onun üçün çətin deyil.

Bu vəziyyət yalnız yerli sahibkarların hüquqlarını pozmur, eyni zamanda xalqın büdcəsinin qeyri-şəffaf şəkildə istifadəsinə yol açır.

Hesabatlılıq və şəffaflıq haradadır?

"Azərsu" və digər dövlət qurumları üçün bu sual təkcə hüquqi deyil, həm də mənəvi məsuliyyətdir:

Niyə tenderlər real keçirilmir?

Niyə hər dəfə eyni şirkət qalib olur?

Niyə yerli şirkətlər rəqabətdən kənarlaşdırılır?

Və ən əsası: bu işlərdən kim qazanır? Xalqmı, yoxsa şəxsi maraqlarmı?

VƏ NƏHAYƏT...

Bu yazı bir iddia deyil, görünənlərin və eşidilənlərin səsidir.

Bu ölkədə ədalətli tender sistemi qurulmayınca, ictimai vəsait yalnız seçilmişlərin sərvətinə çevriləcək...

BU DA SON DEYİL...

Bizi izləyin və növbəti yazıda Eren Mollaoğlunun öz dilindən etirafları təqdim edəcəyik. Artıq "Azərsu" tenderlərinin hansı formada təşkil olunduğunu detal-detal biləcəksiniz...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 May 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri