“Elə büdcəmiz yoxdur ki, legioner transferində risk edək”
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
I Liqada mövsümə start verilib. “Gəncəbasar” komandası ilk turda “Şimal”a qalib gəlib – 2:1.
Gəncə təmsilçisinin çalışdırıcısı Elhad Nəziri “Futbolpress.az“a açıqlamasında nəticəni şərh etdi:
“Mövsümün ilk matçı həmişə çətin keçir. Liqanın fərqi yoxdur, istəyir Premyer Liqa olsun, istəyir birinci. Hazırlığa gec başladıq, seçimlərdə çətinlik çəkdik. Şükürlər olsun, 17-18 oyunçu tapıb, oynaya bildik. Gələcəkdə daha yaxşı səviyyəyə çatacağıq.
Nəticə olaraq istədiyimi aldım, amma oyun baxımından çatışmazlıqlarımız çoxdur. Həftələrdir bu məqamlar üzərində çalışırıq. Rəqibin müdafiəsi də sıx qapanırdı. “Şimal”ın oturuşmuş heyəti var. Tural müəllimi də təbrik edirəm, yaxşı komanda formalaşdırıb. Qarşımızda uzun marafon var. Nəticə baxımından komandadan çox razıyam, futbolçulara təşəkkür edirəm”.
Mütəxəssis heyətə bir neçə yeni futbolçunun qoşulacağını bildirdi:
“Heyətlə bağlı çalışmalarımız var. Düşünürəm ki, hər mövqedə iki oyunçunun olması yaxşıdır. Rəqabət mütləqdir. Eyni zamanda, çempionat uzundur, bunun zədəlisi, cəzalısı var. 3-4 futbolçu ilə danışıqlar aparırıq. Xeyirlisi, razılıq əldə olunsa, müqavilə imzalayacağıq”.
Nəziri legioner transferi ilə bağlı yaşadıqları çətinliklərdən söz açdı:
“İki legionerimiz var. Əcnəbi transfer etmək çətindir. Elə büdcəmiz yoxdur ki, legioner transferində risk edək. Rəhbərlik işləməyimiz üçün çox gözəl şərait yaradıb. Heyətimizi də formalaşdırandan sonra hər şey yaxşı olacaq. Futbolçulara da deyirəm ki, rəhbərliyin bizim üçün etdiklərinə yaxşı oyun və nəticələrlə cavab verək”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 05 Sentyabr 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















