“Azərsun Holdinq”dən “Qarabağnamə” 2026 cı ilin xüsusi təqvim dəsti Fotolar
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərsun Holdinq” ənənəsinə sadiq qalaraq növbəti illik təqvimini çap etdirib. 2026-cı il üçün hazırlanan bu təqvim son illərdə futbol sahəsində qızıl dövrünü yaşayan “Qarabağ” futbol klubuna həsr olunub.
“Qarabağnamə” adı ilə nəşr edilən təqvimdə ilin hər ayı fərqli mövzu və məzmunla təqdim olunur.
“Qarabağın İmarəti” başlığı ilə başlayan təqvimdə klubun formalaşma mərhələləri əks etdirilir, Allahverdi Bağırovun baş məşqçi kimi fəaliyyəti, 2001-ci ildə “Azərsun Holdinq”in “Qarabağ”ı himayəsinə götürməsi oxucuya çatdırılır. Təqvimdə həmçinin holdinqin ədəbi qurucusu mərhum Abdolbari Gozalın klubun fəxri prezidenti olması, “Qarabağ”ın əfsanəvi futbolçuları, eləcə də komandanın ölkə daxilində və beynəlxalq arenada qazandığı tarixi qələbələrdən bəhs olunur.
“Qarabağın ustadı” bölməsində baş məşqçi Qurban Qurbanovun klub tarixində yaratdığı dönüş nöqtəsi və “Qarabağ”a qazandırdığı dəyərlər xüsusi vurğulanır. Təqvim “Qarabağın Fatehi” başlığı ilə yekunlaşır. Bu hissədə ölkə başçısı İlham Əliyevin klubun fəaliyyətinə daim göstərdiyi diqqət və qayğı, eləcə də “Qarabağ”ın uğurlarının Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında oynadığı mühüm rol qeyd olunur.
Qeyd edək ki, 2026-cı il həm də “Qarabağ” futbol klubunun “Azərsun Holdinq”in himayəsinə keçməsinin 25 illiyi ilə əlamətdardır.











Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 21 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















