Icma.az
close
up
RU
“Azərsun Holdinq”dən ətraf mühitin qorunması istiqamətində layihələr Fotolar

“Azərsun Holdinq”dən ətraf mühitin qorunması istiqamətində layihələr Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərsun Holdinq” 2025-ci il ərzində ətraf mühitin qorunması və dayanıqlı inkişaf istiqamətində mühüm addımlar ataraq bir sıra ekoloji layihənin həyata keçirilməsini planlaşdırır. Bu təşəbbüslər enerji səmərəliliyinin artırılması, alternativ enerji mənbələrindən istifadə, su ehtiyatlarının qorunması və karbon emissiyalarının azaldılması kimi prioritet sahələri əhatə edir.

Şirkət daxili müəssisələrdə artıq 90 enerji səmərəliliyi layihəsi üzrə işlərə start verilib. Bu layihələr çərçivəsində enerji istifadə göstəricilərinin optimallaşdırılması və enerjidən daha səmərəli istifadə məqsəd qoyulub. Bununla yanaşı, alternativ enerji istehsalı sahəsində də mühüm addımlar atılır. Layihənin birinci mərhələsində illik 8.500 MWh yaşıl enerji istehsal edəcək Günəş Elektrik Stansiyası (GES) qurulur.

Su ehtiyatlarının qorunması istiqamətində də əhəmiyyətli işlər aparılır. “Azərsun Holdinq”in müəssisələrində illik 1.5 milyon kubmetr atıq suyun təmizlənməsi və təkrar istifadəsi üçün müasir texnologiyalara əsaslanan layihələr icra olunur. Eyni zamanda, müəssisələrdə enerji idarəetməsinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə ISO 50001:2018 standartı tətbiq edilir. Bu addım, müəssisələrdə effektiv enerji idarəetmə sisteminin yaradılması və bu istiqamətdə korporativ mədəniyyətin formalaşdırılması məqsədi daşıyır.

Yaşıl enerji layihələrinin ilk mərhələsi “Sumqayıt Qida və Yağ Fabrikası” və “Qafqaz Konserv Zavodu” MMC-nin Biləsuvar Konserv Fabrikasında həyata keçiriləcək. Biləsuvar müəssisəsində illik enerji tələbatı tam şəkildə alternativ mənbələrdən qarşılanacaq. Enerji səmərəliliyi ilə bağlı layihələr isə “Azərsun Holdinq”in bütün fabrik və zavodlarını əhatə edəcək.

Yeni texnologiyalar baxımından, GES layihələri ON-GRID sistem əsasında, yüksək məhsuldarlığa malik TOPCON texnologiyalı günəş panelləri və HUAWEI nəzarət-uzaqdan izləmə sistemləri ilə təchiz edilir. Bu texnologiyalar dünya təcrübəsində ən son innovasiyalar sırasındadır və beynəlxalq praktikada geniş tətbiq olunur.

2025-ci ilin sonunadək həyata keçirilən layihələr nəticəsində enerji istifadə səmərəliliyinin artırılması, dayanıqlı enerji sisteminin qurulması, ekoloji cəhətdən təmiz enerjidən istifadə, illik 12.000 ton karbon emissiyasının azaldılması, istehsal olunan məhsullarda yaşıl enerjinin payının artırılması və Azərbaycanın enerji strategiyasına uyğun olaraq şirkətin aparıcı mövqeyinin daha da gücləndirilməsi planlaşdırılır.

“Azərsun Holdinq” ətraf mühitə olan məsuliyyətini əsas götürərək, gələcək nəsillərə daha sağlam və dayanıqlı mühitin ötürülməsi məqsədilə fəaliyyətlərini qətiyyətlə davam etdirir.





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyun 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri