Icma.az
close
up
RU
AZƏRTAC ın əməkdaşları cari ildə ikinci dəfə “Talassemiyasız həyat naminə” təşəbbüsünə qoşulublar

AZƏRTAC ın əməkdaşları cari ildə ikinci dəfə “Talassemiyasız həyat naminə” təşəbbüsünə qoşulublar

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 oktyabr, AZƏRTAC

Zəfər Günü ərəfəsində - oktyabrın 28-də Respublika Qan Bankı irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların qanla təminatına dəstək məqsədilə AZƏRTAC-da qanvermə aksiyası keçirib.

Agentliyin əməkdaşları aksiyaya qoşularaq könüllü qan veriblər.

AZƏRTAC-ın əməkdaşları həmin xəstəliklə mübarizəyə cari il ərzində ikinci dəfə qoşulublar. Agentlikdə təşkil edilən növbəti aksiyada əməkdaşlar əvvəlcə Qan Bankının mütəxəssisləri tərəfindən müayinə olunub və sağlamlıq parametrləri uyğun gələn işçilər bu xeyirxah aksiyada həvəslə iştirak ediblər.

Qan çatışmazlığı həyatları qandan asılı olan irsi qan xəstələri və təcili əməliyyata ehtiyacı olanların həyatda qalmaları üçün risk yaratmaqdadır. Azərbaycanda talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərinin müalicəsi və diaqnostikası sahəsində mühüm tədbirlər həyata keçirilir. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezident İlham Əliyevin 2005-ci il 18 iyul tarixli Fərmanına əsasən, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş tədbirlər proqramlarının həyata keçirilməsi həmin xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.

Uşaqların sağlamlığının qorunmasını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın talassemiyalı uşaqlara diqqəti də xüsusi qeyd olunmalıdır. Fond tərəfindən 2005-ci ildən ölkəmizdə həmin xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə “Talassemiyasız həyat naminə” layihəsinə başlanılıb.

2020-ci ilin aprelin 11-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu insanların həyatlarını xilasetmə yönündə nəcib təşəbbüslə çıxış edib və könüllü qanvermə aksiyalarına çağırış edib.

Mehriban xanım Əliyevanın çağırışına qoşulan müxtəlif qurumlar vaxtaşırı təşkil edilən könüllü qanvermə aksiyalarında iştirak edir. Aksiyalar zamanı toplanan qan irsi qan xəstəliyindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.

Xatırladaq ki, Agentliyin əməkdaşları bu ilin fevral ayında da “Talassemiyasız həyat naminə” təşəbbüsündə iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri