AZƏRTAC ın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib VİDEO
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 106 illiyi münasibətilə Agentliyin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin də məzarları üzərinə gül dəstələri qoyulub.
Ulu Öndər Heydər Əliyevin Agentliyin binasındakı büstü önünə gül dəstələri düzülüb, xatirəsinə ehtiram ifadə olunub.
Qeyd edək ki, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan AZƏRTAC ilk milli xəbər agentliyi kimi mürəkkəb, çətin və şərəfli yol keçib. Həmin il martın 2-də “Azərbaycan” qəzetində AzərTac imzası ilə ilk xəbərlər dərc olunub. Cümhuriyyət dövrünün yadigarı olan AZƏRTAC müstəqil xəbər mənbəyi kimi cəmi 58 gün yaşaya bilib.
Keçmiş SSRİ dövründə isə AZƏRTAC müxtəlif adlar altında fəaliyyət göstərib. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Agentliyin tarixi adı özünə qaytarılıb - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. Prezident İlham Əliyevin 2015-ci il fevralın 26-da imzaladığı Sərəncamla isə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb.
Agentliyin kollektivi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tövsiyələrini rəhbər tutaraq milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə yanaşı, dünya informasiya məkanında öz yerini möhkəmləndirmək üçün əzmlə çalışmaqdadır.
Agentlik hazırda səkkiz dildə - Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, həmçinin regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər yayır.
Göyçək Mahmudlu
Nicat Haşımov, Tofiq Babayev – foto
Vüsal Taqiyev - video
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 01 Mart 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















