Icma.az
close
up
RU
Xalqımız Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb AZƏRTAC

Xalqımız Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 dekabr, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 21 il ötür. Azərbaycan ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıblar.

AZƏRTAC xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar - qazilər, hərbçilər, müxtəlif təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, müharibə və əmək veteranları və başqaları var idi. Çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri düzüb, işıqlı xatirəsi önündə baş əyiblər.

Dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu Qarabağın erməni işğalından azad olunması, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası idi. Onun bu arzusu dörd il əvvəl həqiqətə çevrildi. Otuz il işğal altında qalan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Hazırda Azərbaycanın dövlət Bayrağı Qarabağın hər bir guşəsində, o cümlədən Şuşada, Xankəndidə və digər işğaldan azad olunmuş şəhərlərimizdə dalğalanır, Böyük Qayıdış proqramı uğurla həyata keçirilir.

Müstəqil Azərbaycanın bütün uğurları, qazanılan hər bir zəfərimiz Ulu Öndərin ölməz ideyalarının təntənəsidir. Heydər Əliyev yolu Azərbaycanı daim irəli aparır.

Xalqımız öz xilaskarını, bütün həyatını doğma Vətəninin tərəqqisinə həsr etmiş Ümummilli Liderin xidmətlərini unutmur və unutmayacaq. Fəxri xiyabanda yaşanan izdiham bunu bir daha nümayiş etdirib.

X X X

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Azərbaycanın bölgələrində, xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də anılıb, müxtəlif anım tədbirləri təşkil olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri