Icma.az
close
up
RU
“AzərTac” Ramiz Mehdiyevi boz kardinal elan etməklə nə məqsəd güdür?

“AzərTac” Ramiz Mehdiyevi boz kardinal elan etməklə nə məqsəd güdür?

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

28.05.2004  N:105 (1875)

Bu, daha çox dövlətə və dövlət məmuruna rişxənd etmək anlamına gəlir

Qəzetimizin sırağagünkü sayı  çapa hazırlanarkən “AzərTac”dan gələn qəribə bir məlumat çaşqınlığımıza  səbəb oldu. “Azad Avropa” radiosunun şərhçisi Liz Füllerin "Boz kardinal müxalifəti tənqid edir" məqaləsi ilk baxışda belə təəssürat yaradır ki, yazıda söhbət hansısa orta əsr siyasi xadimlərindən gedir. Çünki yazının sərlövhəsində yer alan "boz kardinal" ifadəsi feodal Avropasından miras qalmış termin olmaq şərti ilə bir qayda olaraq, xəlvəti işlər quran, başqa sözlə desək "saman altdan su yeridən" təkəbbürlü və avtoritar siyasətçilərin xarakterini ifadə edən anlayış kimi işlədilir. Anlayışın etimologiyası barədə biraz sonra...

Şərhçinin  yazdıqlarını oxuduqdan sonra  məlum  olur ki, yazıda bircə dəfə  də olsun “boz kardinal” işlədilməyib, əksinə söhbət  Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən gedir. İşi siyasi və mənəvi tərəfləri də məhz burdan qaynaqlanır. Nə üçün dövlət rəsmi teleqraf agentliyi hakimiyyətdə təmsil olunan şəxslərdən biri haqqında yoxlanmamış məlumatlar yayır?

Müasir siyasi terminalogiyada adətən bütün fəaliyyəti pərdə arxasında və müəmmalı formada cərəyan edən şəxslər haqqında işlədilən sözügedən ifadə Ramiz Mehdiyevin nə şəxsi keyfiyyətlərinə, nə də ki, ictimai rəydə artıq çoxdan formalaşmış tanış obrazına uyğun deyil. Bu daha çox dövlətə və dövlət məmuruna rişxənd etmək anlamına gəlir. Təbii ki, rəsmi agentlik heç bir informasiya yükü olmayan məlumatı yaymaqla öz imici ilə yanaşı, dövlətin nüfuzunu da sarsıtmış olur. 

Maraqlı nüanslardan biri də məqalənin nə üçün belə sərlövhə ilə getməsidir. Əslində burada məqsəd məlumatın dərc olunması deyil, "boz kardinal" ifadəsini dövriyyəyə buraxmaqdır. 

27 may tarixli sayımızın çapa  hazırlanarkən  saat 7:47-də sözügedən   məlumatı aldıq. İnformasiyanı dəqiqləşdirmək məqsədi ilə bir neçə dəfə agentliklə əlaqə saxladıq. Bizim praktikamızda adətən belə hallar tez-tez baş verir. Agentlik isə yaxşı aydınlaşdırma üsulu seçdi və saat 11:38-də məlumatın yeni versiyası elektron poçtumuza daxil oldu. Bu zaman boz kardinal ifadəsi dırnaq işarəsində verilmişdi. Nə cür ifadə edilməsinə baxmayaraq, qəzetdə belə bir yazını vermək niyyətində deyildik. Ümumiyyətlə "Yeni Azərbaycan" qəzetində bu tip yazılar heç vaxt dərc olunmayıb və bundan sonra da belə ucuz təbliğata yer verilməyəcək. 

Ancaq yuxarıdan göndərilən məlumatı dəqiqləşdirmədən bir sıra qəzetlər məmnuniyyətlə öz səhifələrində buna yer ayırmış, hətta bəziləri Ramiz Mehdiyevin portretini də əlavə etmişlər. Radionun şərhçisi əslində heç bir kardinaldan söhbət açmır, yazı bütövlükdə R.Mehdiyevin "Azərbaycan qloballaşma dövründə: inkişaf strategiyası" məqaləsinə həsr edilib. Məqalədə toxunulan çoxsaylı məsələlər ətrafında diskussiya açmağa dəyməz. Həqiqətəndə qloballaşma şəraitində Azərbaycanı gözləyən perspektivlər geniş müzakirə mövzusudur. Həmin yazı dövlət qəzetləri tərəfindən geniş işıqlandırıldığından digər informasiya agentliklərinin də diqqətini çəkə bilərdi. Məhz buna görə də "Azad Avropa" radiosunun əməkdaşı Prezident Administrasiyanın rəhbərinin fikirlərini şərh edib. Bu istiqamətdə müxtəlif versiyalar üzərində fikirləşməyə dəyər:

1. Düşünülmüş formada “boz kardinal” ifadəsi gündəmə gətirilir  ki, bu da konkret maraqlara hesablanmış primitiv jestdən başqa bir şey deyil. 

2. Məqalənin internet versiyasında fərqli olaraq  AzərTac-ın yazıya təqdimat da yazması heç jurnalist etikası ilə uyğun gəlmir. Ümumiyyətlə R.Mehdiyevin fəaliyyəti cəmiyyətə yaxşı tanış olduğundan əlavə biblioqrafik məlumat yazmağa ehtiyac yox idi. 

3. Yazını bir neçə qəzetdə eyni vaxtda dərc olunması sifariş kimi də qiymətləndirilə bilər. Ancaq bu sifarişin təşkilatçılarının qeyri-profesionallığı ilk baxışdan diqqəti cəlb edir. 

4. Digər tərəfdən, Azərbaycan məmurunu katolik kilsəsinin iyerarxiyasında təmsil olunan rütbə ilə çağırılması ən azı, mənəvi prinsiplərə cavab vermir. Görünür, kimsə internet səhifəsində gördüyü fürsəti fövtə vermək istəməyib, nəticədə isə "ayı xidməti" göstərmiş olub. 

Qeyd: Məqalə 28.05.2004 tarixində Yeni Azərbaycan qəzetində dərc edilib. Mövzu aktual olduğu üçün yenidən paylaşılıb.

Natiq Məmmədli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri