Icma.az
close
up
RU
Vüqar Rəhimzadə Ramiz Mehdiyevi kiçiltdi

Vüqar Rəhimzadə Ramiz Mehdiyevi kiçiltdi

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Milli Məclisin YAP-dan olan deputatı Vüqar Rəhimzadə rəhbərlik etdiyi ikisahil.az saytında son günlər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında baş verən siyasi qalmaqala münasibət bildirib. O, açıqlamasında radikal müxalifət və R.Mehdiyevi işbirliyində günahlandırıb və sərt tənqid edib.

Materialda diqqət çəkən məqamlardan biri də V.Rəhimzadənin Ramiz Mehdiyevin adını kiçik hərflərlə qeyd etməsidir.

Bakupost.az həmin açıqlamanı təqdim edir:


"Radikal müxalifətin və ölkəmizin əleyhinə fəaliyyət göstərən dairələrin 44 günlük Vətən müharibəsi və tarixi Zəfərimizdən keçən beş il müddətində ölkəmizin maraqlarına qarşı bədnam əməlləri sosial media platformaları üzərində davam edir. Radikal müxalifət yenə də öz ampluasında olaraq xalqın, dövlətin deyil, ölkəmizin güclənməsini, qüdrətlənməsini istəməyən dairələrin maraqlarına xidmət edir. Anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən “sapı özümüzdən olan” radikal müxalifət dövlətimizin əleyhinə fəaliyyəti saxta “demokratiya” pərdəsi ilə manipulasiya etməyə çalışırlar. Bu üzüqara işdə “fəal” olan və vaxtilə öz liderinə xəyanət edən AXCP sədri kərimov əlinin xəmiri xəyanətlə yoğrulduğundan bu mərəzindən heç cür vaz keçə bilmir. Ölkəmizin heç bir uğurunu, qələbəsini həzm edə bilməyən kərimov əli üçün Azərbaycana qarşı mübarizə həyat amalına çevrilib. Hər fürsətdə anti-Azərbaycan dairələrin tezislərini, sifarişlərini bu işdə onun şəriki olan antimilli ünsür qənimət zahidin “YouTube” kanalında səsləndirən kərimov əli nə qədər cılız duruma düşdüyünün fərqində deyil. Bəlkə də fərqindədir. Amma xəyanətlə nəfəs aldığından dövlətə, onun maraqlarına qarşı mübarizədən utanmır. Bu xəyanətkar mövqeyinə görə xalqın gözündən o qədər düşüb ki, sosial media platformasından başqa bir yerdə söz deməyə, xəyanətini pərdələdiyi manipulyasiyalarını sırımağa başqa yeri qalmayıb. Xalqımız onu da, şəriklərini də, sifarişlərini yerinə yetirdiyi dairələri də yaxşı tanıyır. Hər fürsətdə ölkəmizdəki ictimai-siyasi sabitliyə, əmin-amanlığa kölgə salmağa çalışan qondarma “Milli Şura”nın qondarma rəhbəri olan cəmil həsənli, fuad qəhrəmanlı, qənimət zahid, sevinc osmanqızı və bu kimi xəyanətkarlar ölkəmizin əleyhinə nə qədər yalan, böhtan kampaniyaları aparsalar da öz çirkin məqsədlərinə nail ola bilmirlər. Çünki xalqımız onları yaxşı tanıyır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, tarixi Qələbəmizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasına sevinə bilməyənlərin xalqımızın gözündə heç bir qəpiklik də dəyəri yoxdur. Onlar nə tarixi Zəfərimizi, nə dövlətimizin gücünü, nə də həyata keçirilən uğurlu siyasəti həzm edə bilmirlər. Bu səbəbdəndir ki, Azərbaycanın şərtlərinin qəbul olunduğu sülh müqaviləsinə, Zəngəzur dəhlizinə qarşı çıxırlar. Ümumiyyətlə, ölkəmizin maraqlarına nə uyğundursa, mütləq şəkildə ona qarşı çıxırlar. Bu üzdəniraqlar o qədər marginallaşıb, zombiləşiblər ki, elementar tənqidə belə dözüm göstərə bilmirlər. Sosial media platformasında onların ünvanına adi tənqid səslənən kimi iç üzlərini, əsl riyakar simalarını ortaya qoyurlar. Bəs, harada qaldı söz, fikir azadlığı, tənqidə dözümlülük? Tənqidə dözümlülük göstərə bilmirlər, çünki fəaliyyətlərinin əsasında pozuculuq və avantüra dayanır.

Vüqar Rəhimzadə vurğulayıb ki, istər ölkə daxilində, istərsə də müxtəlif ölkələrdə mühacir adı ilə məskunlaşan anti-milli ünsürlərin sosial media platformaları üzərində həyata keçirdikləri yalan, böhtan kampaniyasının tezisləri onların eyni mərkəzdən və ya mərkəzlərdən idarə olunduqlarını təsdiq edir. Erməni lobbisi və Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən dairələrin pərdə arxasından idarə etdikləri bu qaragüruhçuların bütün fəaliyyətləri ölkəmizin maraqlarına qarşı yönəlib. Müstəqil siyasət həyata keçirərək, beynəlxalq münasibətlər sistemində nüfuzu, qlobal proseslərə təsir imkanları artan güclü, qüdrətli Azərbaycan həmin dairələrin maraqlarına uyğun deyil. Ona görə də öz çirkin niyyətlərini reallaşdırmaq üçün məlum antimilli ünsürlərdən istifadə edirlər. Amma ölkəmizə qarşı həyata keçirilən bu anti-milli fəaliyyət heç bir halda uğur qazana bilməz. Çünki bu ünsürlərin təbliğat kampaniyaları yalan, böhtan, qarayaxma üzərində qurulub. Güclü, qüdrətli Azərbaycana qarşı yönələn istənilən məkrli plan iflasa məhkumdur. Çünki ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, xalqa arxalanan Lider dövlətçiliyi qorumağa qadirdir. Ulu Öndərin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin yenilməz siyasi iradəsi nəticəsində indiyədək dövlətimizə və dövlətçiliyimizə qarşı yönələn bütün xəyanətkar planlar ifşa edilmiş və dövlət çevrilişlərinə cəhdlərin qarşısı qətiyyətlə alınmışdır və şübhəsiz ki, bundan sonra da alınacaqdır.

Milli Məclisin deputatı vurğulayıb ki, bu günlərdə Prezident Administrasiyasının sabiq rəhbəri ramiz mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə haqqında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi bunun bariz nümunəsidir. Ramiz mehdiyev də daxil olmaqla Azərbaycan dövlətinə qarşı xəyanət yolunu tutan, onun sabitliyini, təhlükəsizliyini, nüfuzunu özünün xain xislətinə qurban verməyə cəhd edən heç bir şəxs layiq olduğu cəzadan yayına bilməyəcək. Ramiz mehdiyev, kərimov əli və bu kimi xəyanətkarlar qanunun aliliyi, dövlətin ali iradəsi və qətiyyəti qarşısında iflasa məhkumdurlar".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri