Icma.az
close
up
RU
Azərxalça maliyyə vəziyyətini açıqlayıb

Azərxalça maliyyə vəziyyətini açıqlayıb

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərxalça" ASC 2025-ci ili 394 min manat zərərlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 5,4 dəfə azdır.

Bununla belə, şirkətin yığılmış zərəri 1,6 % artaraq 24,625 milyon manata çatıb.

Ötən il "Azərxalça"nın əsas əməliyyat (satışdan) gəlirləri 7,812 milyon manat (əvvəlki ilə nisbətən 46,1 % çox), maliyyə gəliri 587 min manat (1,1 % çox), sair əməliyyat gəlirləri 41 min manat (4,7 dəfə az) və icarədən gəlirləri 40 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Hesabat dövründə səhmdar cəmiyyətinin istifadə edilmiş material ehtiyatları üzrə xərci 1,590 milyon manat (31,9 % az), işçi heyəti üzrə xərcləri 5,079 milyon manat (23,7 % çox), amortizasiya xərcləri 692 min manat (5,3 % az), sair əməliyyat xərcləri isə 1,514 milyon manat (47,9 % çox) olub.

Bu il yanvarın 1-nə "Azərxalça"nın aktivləri 44,934 milyon manat olub və bu da illik müqayisədə 25,5 % azdır.

Hesabat dövründə şirkətin öhdəlikləri 18,5 % azalaraq 1,442 milyon manata, balans kapitalı isə 25,7 % azalaraq 43,492 milyon manata düşüb.

Xatırladaq ki, "Azərxalça" Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı il may 5-də yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. 100 % dövlətə məxsus olan səhmdar cəmiyyəti ölkədə xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyul 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri