Azəripək Azərxalça ya birləşdirilib
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, Fərmanda deyilir:
“İpəkçilik və xalçaçılıq Azərbaycan xalqının zəngin tarixi-mədəni irsində mühüm yer tutan, kənd təsərrüfatı və yüngül sənaye sahələri ilə sıx əlaqədə formalaşmış ənənəvi sənətkarlıq sahələridir. Bu sahələrin inkişafı qeyri-neft-qaz sektorunun şaxələndirilməsinə, regionlarda məşğulluğun artırılmasına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, habelə milli mədəni irsin qorunmasına və təbliğinə mühüm töhfə verir.
İpəkçiliyin və xalçaçılığın davamlı inkişafı məqsədilə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, istehsal zəncirinin bütün mərhələləri üzrə əlaqələndirmənin gücləndirilməsi və xammal bazasının möhkəmləndirilməsi zəruridir. Bununla yanaşı, məhsulların keyfiyyətinin yüksəldilməsi, sənətkarlıq ənənələrinin və toxuculuq məktəblərinin qorunub inkişaf etdirilməsi, elmi tədqiqat fəaliyyətinin və peşəkar kadr hazırlığının genişləndirilməsi, habelə yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Fərmanla “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti “Azəripək” Açıq Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək.
Cəmiyyət tərəfindən baramaçılığın damazlıq işinin təşkili məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyası əmlakı ilə birlikdə Cəmiyyətin tabeliyinə verilir.
“Azəripək” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi dayandırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 Avqust 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















