Icma.az
close
up
RU
“Azətbaycan Ordusu sülhün və təhlükəsizliyin qarantıdır”

“Azətbaycan Ordusu sülhün və təhlükəsizliyin qarantıdır”

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan böyük zəfərdən sonra artıq 3-cü hərbi paradını keçirdi. İlk parad 2020-ci il dekabrın 10-da qələbimizə həsr olunmuş Zəfər paradı idi. Digəri isə suverenliyin bərpasından sonra 2023-cü ilin noyabrında  Xankəndidə keçirilən və nəhayət, zəfərin 5-ci ildönümünə həsr olunmuş hərbi parad. Bütün paradlar Azərbaycan dövlətinin gücünü nümayiş etdirib.
Ümumiyyətlə, hərbi paradlar vətənpərvərliyin gücləndirilməsi, silahlı qüvvələrlə əhali arasında harmoniyanın qorunması baxımından da vacibdir. Parad, ölkənin silahlı qüvvələrinin texnikasını, silahlarını və şəxsi heyətin hazırlıq səviyyəsini, onların gücünü, döyüş hazırlığını nümayiş etdirir. Bu, həm də dövlətin beynəlxalq arenadakı imicinin formalaşmasında mühüm rol oynayır. Bu mənada Azərbaycan növbəti yüksək səviyyəli hərbi paradı keçirməklə güclü və qalib orduya malik olan ölkə kimi bir daha dünyanın diqqətini Cənubi Qafqaza yönəltdi.
Bu gün də Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Paradda nümayiş olunan silahlar bir daha Silahlı Qüvvələrimizin potensialını göstərdi. İstər aviasiya, istər raketlər, artilleriya qurğuları və s. ən müasir standartlara uyğun təkmilləşdirilib. Məlum olduğu kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda Azərbaycan ordusunda 2000 nəfərə yaxın XTQ var idi. Paradda yalnız meydanda 4000 yüksək təlimli XTQ isə qüvvələrin bir hissəsidir.
Cənab Prezident bu dəfə də 44 günlük müharibədən öncəki vəziyyəti və qələbədən sonra yaranmış yeni reallıqları dünyaya bəyan etdi. Bildirdi ki, məhz Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəməməsi müharibəni şərtləndirdi. Müharibənin ilk anlarından qardaş Türkiyənin dəstəyini xüsusi qeyd edən dövlət başçımız Pakistanın da mənəvi-siyasi dəstəyinin önəmini vurğuladı. 
Azərbaycan dövlətinin gücü, xalqımızın həmrəyliyi, ordumuzun hazırlığı sayəsində Azərbaycan 5 il öncə böyük zəfəri əldə etdi. 
Cənab Prezident bir daha 44 günlük Vətən müharibəsi zamanı Ermənistan rəsmilərinin populist bəyanatlarını xatırlatdı. Tanklarla Bakıya gəlmək, burada çay içmək istəyənlərin məkrli niyyətinin gözündə qaldığını vurğuladı. 44 günlük Vətən müharibəsində  hərbi əməliyyatların gedişi, döyüş meydanında baş verən reallıqlar göstərirdi ki, “Dəmir yumruq”la başı əzilən düşmən tanklarını qoyub qaçır, postları tərk edir, fərarilik etmək istəyən əsgər və zabitlər zorla kazarmalara qandallanırdı. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan əsgəri düşmənə məxsus hərbi texnikaları da qənimət götürürdü. Biz bu qənimətləri ilk dəfə kütləvi şəkildə 5 il əvvəl - Bakıda keçirilən Zəfər paradında gördük. 5 ildir həmin texnikalar Hərbi Qənimətlər Parkındadır. Açıq səma altında salınan nadir park Azərbaycanda ilk təcrübədir və burada düşmənin 30 il ərzində qurduğu müdafiə xətlərinin necə yarılması, hərbi resursların necə məhv edildiyini təsəvvür etmək mümkündür. Yəni burada Azərbaycan Ordusunun gücü bir daha aydın görünür. 
Azərbaycanın həyata keçirdiyi düzgün hərbi strategiya düşmənin bütün istehkamlarını, müdafiə xətlərini darmadağın etməyə imkan verdi.
Zəfərin 5-ci ildönümünə həsr olunmuş hərbi parad ordumuzun bütün regionda sülhün və təhlükəsizliyin qarantı olduğunu bir daha sübut etdi. Ordumuzun malik olduğu müxtəliflik həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir. Bundan sonra nəinki Ermənistan, heç bir dövlət Azərbaycana qarşı işğal törətməyə cəhd edə bilməz. Müstəqilliyin ilk illərində AXC-Müsavat cütlüyünün yarıtmazlığı, onların milli maraqları deyil, şəxsi maraqları üstün tutması torpaqlarımızın işğalı ilə nəticələndi. Hərbi məğlubiyyətlər qaçılmaz oldu. Cəbhədə torpaqlarımız işğal olunduğu bir vaxtda Bakıda hərc-mərclik, kreslo davası gedirdi. Bu, bir daha onu göstərdi ki, dövlətlərin taleyini həm də liderlər həll edir. Güclü lider güclü dövlətin və təhlükəsizliyin qarantıdır. Müzəffər Ali Baş komandan İlham Əliyevin qətiyyəti Azərbaycanı əsas aktora çevirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Noyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri