Icma.az
close
up
RU
Güclü intellektual potensial rifahın və təhlükəsizliyin qarantıdır

Güclü intellektual potensial rifahın və təhlükəsizliyin qarantıdır

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Öz xalqının tarixini tədqiq etmədən, onu öyrənmədən və yetişməkdə olan nəslə öyrətmədən uğurlu və etibarlı gələcək haqda düşünmək sadəlövhlükdür. Əgər sən öz xalqının keçmişini tarixi faktlara söykənərək təsbit etmirsənsə, bədxahların yaranan boşluğu mütləq doldurmağa və tarixi saxtalaşdırmağa çalışacaq. Daha həyasızları isə səndən oğurladıqları və təhrif etdikləri faktlar əsasında özlərinə saxta tarix yazacaq.

Uzun onilliklər ərzində ermənilərin “dənizdən-dənizə böyük Ermənistan” xülyasına düşməsi təkcə bu kiçik ölkənin işğalçılıq mahiyyətindən qaynaqlanmırdı. Bu,  həm də yaratdıqları saxta tarixə, uydurma miflərə özlərini inandırmaları ilə bağlı idi. Ən təhlükəlisi də o idi ki, Ermənistan saxtalaşdırdığı tarixini dünyaya guya elmi tədqiqatların nəticəsi kimi sırıyır, təhrif etdiyi faktlar əsasında özünün məzlum obrazını yaradırdı. Təəssüf ki,  bu cür yalanlara inanan az deyildi, hətta  indinin özündə də belələri kifayət qədərdir. Erməni lobbisi bunu yalnız özlərini başqalarının gözündə “böyütmək” üçün etmirdi. Bunun arxasında məkr, gələcəyə hesablanmış bəd niyyətlər dayanırdı. Eynilə, böyük mütəfəkkir Sokratın müdrik kəlamlarından birində söylədiyi kimi: “Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir”.

Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında həmin məqamı xüsusi vurğuladı: “Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Bu barədə mən 10 il bundan əvvəl Akademiyanın 70 illiyində danışmışam. Bu gün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər”.  

Prezident bu mesajı ilə diplomatik dilin incə nəzakət üslubunda, əslində, ölkəmizin elm ictimaiyyətinin diqqətinə çatdırdı ki, bu sahədə indiyədək aparılmış tədqiqatların dərinləşdirilməsinə və onların geniş təbliğinə xüsusi ehtiyac duyulur. Prezidentin mühüm çağırışlarından biri də Azərbaycanın müasir hüdudlarından kənarda yaşayan soydaşlarımızın məskunlaşdığı ərazilərlə bağlı tarixi həqiqətlərin tədqiq edilməsi və nəticələrinin ictimaiyyətə çatdırılması ilə bağlı oldu. Cənab Prezidentin “Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar”  kimi açıqlamasının arxasında inkarolunmaz tarixi gerçəklik dayanır. Əslində, Prezident İlham Əliyev dövlət ərkanına uyğun olan diplomatik üslubda o mesajı verdi ki, əzəli torpaqlarında yaşayan bir millət separatizm haqda heç vaxt düşünmür. Bədxahlarımız uzun onilliklər boyu tariximizi təhrif etməyə və həqiqətləri xalqımıza unutdurmağa çalışıb. Prezident İlham Əliyev çıxışında onların da cavabını verdi: “Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin”.

Onu da unutmamalıyıq ki, Ermənistan himayədarlarının köməkliyi ilə bu məkrli siyasəti çar Rusiyasından sonrakı dövrdə də məqsədyönlü və ardıcıl şəkildə davam etdirib. XX əsrdə soydaşlarımızın bir neçə dalğada Ermənistandan məcburi şəkildə deportasiya olunması,  işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda aparılan etnik təmizləmə və qanunsuz məskunlaşdırma cinayətləri elə həmin siyasətin davamı idi. Yalnız 44 günlük Vətən müharibəsində, savaş meydanında qazandığımız tam və mütləq Qələbə bu iyrənc siyasətə son qoydu. Prezident İlham Əliyevin yaxın və uzaq keçmişimizin daha köklü elmi tədqiqinə dair çağırışı həm bugünkü, həm də gələcək nəsillər baxımından tarixi əhəmiyyət kəsb edir. Çünki yalnız elmi tədqiqatlar imkan verir ki, gələcək nəsillər tariximizi yenidən təhrif etmək fikrinə düşəcək bədxahlarımızı gerçək faktlar əsasında susdura bilsin. 

Prezidentin mühüm çağırışlarından biri də ana dilimizlə bağlı oldu. Çünki istənilən millət üçün dil saflığının qorunması həm də milli kimliyin varlığı deməkdir. Bu, eyni zamanda, milli təhlükəsizlik məsələsidir. Azərbaycan Prezidentinin bu mesajı, əslində, alimlərimizlə yanaşı, hər birimizə ciddi çağırışdır: “Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik-müstəqil Azərbaycan dövləti... Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik... Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.

Öz dilimizdə qarşılığı olduğu halda, əcnəbi dildəki sözlərə, yəni, varvarizmə yer vermək ana dilimizə təhdiddir. Əgər hətta elmi tədqiqatlarda, əsər və monoqrafiyalarda heç bir ehtiyac olmadan, alınma sözlərə yer verilirsə, bu, onları legitimləşdirmək deməkdir. Belə olan halda, gələcək nəsillərin etibarlı mənbə kimi həmin leksikona müraciət etmələri də qaçılmaz olacaq. Əvəzlənməsi mümkün olmayan beynəlxalq ifadələri çıxmaq şərti ilə, dil saflığımızın qorunması bu gün hər birimizdən asılıdır. Saf dil həm də gələcək nəsillərə saf milli kimliyin ötürülməsi deməkdir.

Prezident İlham Əliyev çıxışında xüsusi olaraq onu da vurğuladı ki, istənilən xalqın, istənilən cəmiyyətin ən böyük sərvəti, ilk növbədə, onun intellektual potensialıdır. Müasir dünyada yüksək texnologiya və rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və bərpaolunan enerji sahələrindəki nailiyyətlərin, bütövlükdə güclü iqtisadiyyatın, o cümlədən, hərbi sənayenin təməlində intellektual potensialın dayandığı şəksizdir. Bu gün istənilən ölkənin uğuru elmi nailiyyətlərin təcrübədə tətbiq olunmasından birbaşa asılıdır. Prezident elə bu səbəbdən elm ictimaiyyətinin diqqətini həmin sahələrə xüsusi olaraq yönəltdi. Çünki şahidi olduğumuz yeni dünya reallığı, günü-gündən artmaqda olan müharibə və münaqişələr göstərir ki, müasir çağırışların önə çıxardığı təhlükəsizlik məsələsi etibarlı şəkildə təmin olunmadan dövlət müstəqilliyini, ərazi bütövlüyünü, tarixi və milli dəyərləri qorumaq qeyri-mümkündür.

Böyük mütəfəkkir Konfutsinin müdrik bir kəlamı var, vaxtilə o belə demişdi: “Qədimdə insanlar elmi kamilliyə yetmək naminə öyrəndikləri halda, bu gün onu dünyanı fəth etmək naminə öyrənirlər “. Şübhəsiz ki, müasir dövrdə dünyanı klassik mənada fəth etmək hətta ən böyük dövlətlər üçün mümkünsüzdür.  Lakin elmi nailiyyətlərlə dünya sivilizasiyasına töhfə vermək, digər xalqları heyrətləndirərək onların arasında tanınıb seçilmək istənilən cəmiyyətin arzusudur. Bu səbəbdən, Azərbaycan Prezidentinin AMEA-da etdiyi çağırışlarda bildirdiyi kimi, elmi uğurlarımızın inkişafı əsas hədəflərimizdən biri olmalıdır. Çünki müharibə və münaqişələr nə qədər çoxalsa da, barbarlıq zaman-zaman baş qaldırsa da, güclü intellektual potensial istənilən xalqın, istənilən cəmiyyətin rifah və təhlükəsizliyinin ən etibarlı qarantıdır.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see224

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see211

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see201

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see171

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see164

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see141

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see141

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see140

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see134

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see131

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri