Icma.az
close
up
RU
“AzInTelecom” MMC “Rebuild Karabakh” sərgisinin tərəfdaşı oldu Fotolar

“AzInTelecom” MMC “Rebuild Karabakh” sərgisinin tərəfdaşı oldu Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Qarabağın bərpasına və yenidən qurulmasına həsr olunmuş Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi − “Rebuild Karabakh” sərgisi bu il ilk yubileyini qeyd edir.

“Qafqazinfo” xəbər verir ki, sərgi regionun inşaat sektorunda aparıcı sənaye platforması olan 30-cu Yubiley Xəzər İnşaat Həftəsi çərçivəsində təşkil olunacaq.

Keçirildiyi ilk illərdən etibarən Azərbaycan Prezidenti İlham Əliyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisinin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayır və bu məktub rəsmi açılış mərasimində səsləndirilir. Sərgi hər il yerli və xarici aparıcı şirkətlərin diqqətini cəlb edir, iştirakçıların sayını və ekspozisiyanın miqyasını daha da genişləndirir.

“Rebuild Karabakh” sərgisi ilk dəfə 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən sonra təşkil olunub. Həmin dövrdə sərginin təşkilatçıları azad edilmiş ərazilərin bərpası və yenidənqurulmasına, dövlət-özəl tərəfdaşlığının möhkəmləndirilməsinə və ən perspektivli layihələrin nümayişinə həsr olunmuş ixtisaslaşmış platforma yaratmaq qərarına gəliblər.

Keçirildiyi illər ərzində sərgidə 300-ə yaxın yerli və beynəlxalq şirkət iştirak edib. İlk sərgidən etibarən Qarabağın yenidənqurulması və bərpasına dair hazırda uğurla icra olunan bir sıra layihələr – Füzuli Beynəlxalq Hava Limanı və “Ağıllı kənd” (Smart Village) layihələri burada təqdim olunub. Bundan əlavə, bu platformada Qarabağ Dirçəliş Fondunun fəal iştirakı ilə bərpa işlərinin strateji istiqamətlərini müəyyənləşdirən panel sessiyaları təşkil olunub.

Sərginin ayrılmaz hissəsi onun sosial missiyasıdır: İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq üçün təşkilatçıların təşəbbüsü ilə hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürülür. 2021-ci ildən etibarən hazırkı dövrə qədər ümumilikdə 109 243,16 AZN dəyərində ianə bağışlanıb. Bu ənənə sərginin mühüm elementidir və gələcək illərdə də davam etdirilməsi nəzərdə tutulur.

Yubiley ilində əsas tədbirlərdən biri Qarabağ mətbəxinə və milli kulinariya irsinin təbliğinə həsr olunmuş Milli Mətbəx İrsi Çempionatı – «Qarabağ Kuboku» olacaq. Bu layihə Qarabağın zəngin mədəniyyətini beynəlxalq ictimaiyyətə təqdim etməyə imkan yaradacaq.
Tədbirlər proqramında bərpa və dayanıqlı inkişaf məsələlərinə həsr olunmuş panel müzakirələrinə xüsusi önəm veriləcək. Sərginin üçüncü günündə “Azərbaycanın azad edilmiş ərazilərində "Bootcamp" platformaları” adlı panel sessiyası baş tutacaq. Bu sessiyada Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov iştirak edəcək.

“Rebuild Karabakh” sərgisində şirkətlər yaşıl energetika, tikinti və tikinti materialları, kənd təsərrüfatı və təhlükəsizlik sahəsində öz həllərini və layihələrini təqdim edəcəklər. Beləliklə, “Rebuild Karabakh” sərgisi işgüzar, sosial və mədəni istiqamətləri özündə birləşdirərək Qarabağın gələcək inkişafı üçün təcrübə mübadiləsi və yeni ideyaların formalaşdığı mühüm platforma rolunu oynayır.
Ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış aparıcı qurumlardan biri olan “AzInTelecom” MMC bu il sərginin Rəqəmsal Həllər üzrə Tərəfdaşı qismində iştirak edir.  

Sərgiyə artan maraq fonunda qurulan bu əməkdaşlıq innovativ yanaşmaların sərgi mühitinə inteqrasiyasını təmin edir və texnoloji tərəfdaşlığın önəmini bir daha ön plana çıxarır. Əməkdaşlıq çərçivəsində “AzIntelecom” MMC panel müzakirələrində çıxış edərək Qarabağın bərpa prosesinə yönəlmiş layihələrini təqdim edəcək və iştirakçılara ən müasir rəqəmsal texnologiyaları nümayiş etdirəcək. Bu tərəfdaşlıq şirkət üçün brend nüfuzunun gücləndirilməsinə, müştərilərlə birbaşa ünsiyyətin qurulmasına, rəylər əsasında yeni həllərin hazırlanmasına, mövcud xidmətlərin təkmilləşdirilməsinə və yeni əməkdaşlıqların yaradılmasına yeni imkanlar açacaq.

Şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev bu tərəfdaşlıqla bağlı fikirlərini bölüşərək “AzInTelecom”un “Rebuild Karabakh” sərgisinin rəqəmsal tərəfdaşı olmaqdan qürur duyduqlarını bildirib:

“Qarabağın bərpası yalnız infrastruktur layihələri ilə deyil, eyni zamanda müasir texnologiyaların tətbiqi ilə mümkün olacaq. “Bulud” xidmətlərimiz və SİMA ekosistemimiz – “SİMA İmza”, “SİMA Pay”, “SİMA Access” kimi həllər  azad olunmuş ərazilərdə vətəndaşlara sürətli, təhlükəsiz və rahat xidmətlər təqdim etməyə imkan yaradır. Xüsusilə Qarabağa köçən insanlarımızın dövlət və özəl sektordan məsafədən xidmət alması onların gündəlik həyatını asanlaşdıracaq və resurslarına qənaət edəcək. Bizim məqsədimiz Qarabağın yalnız fiziki deyil, həm də rəqəmsal infrastrukturunun qurulmasına töhfə verməkdir. İnanırıq ki, Qarabağın bərpasında iştirak edən qurumların “AzInTelecom”un rəqəmsal həllərindən istifadəsi işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərini sürətləndirəcək, dövlət-özəl tərəfdaşlığı çərçivəsində atılan addımlar bölgənin dayanıqlı və innovativ inkişafına mühüm stimul verəcək”.

Tədbirə dəstək göstərən qurumlar sırasında Azərbaycan İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı, Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəliyi, Prezidentin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Qarabağ Dirçəliş Fondu və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) yer alır.

Tədbirin təşkilatçıları “Caspian Event Organisers”, “Iteca Caspian”, və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri