Icma.az
close
up
RU
“AzİnTeleCom”un tenderlərini udan “İnnovativ Layihələr Mərkəzi”: Ruslan Abbasov kimdir?

“AzİnTeleCom”un tenderlərini udan “İnnovativ Layihələr Mərkəzi”: Ruslan Abbasov kimdir?

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azerbaijan İnternational Telecom” MMC (AZINTELECOM) süni intellekt laboratoriyasının qurulması məqsədilə avadanlıq və lisenziyaların satın alınmasını həyata keçirəcək.

Tribunainfo.az xəbər verir ki, bununla əlaqədar tender başa çatıb və nəticələri açıqlanıb.

Məlum olub ki, sözügedən qurum qeyd edilən işləri reallaşdırmaq üçün “İNNOVATİV LAYİHƏLƏR MƏRKƏZİ” QSC ilə anlaşıb. Tərəflər arasında 6 milyon 977 min 321 manatlıq satınalma müqaviləsi imzalanıb.

Bu əsnada, “Azerbaijan İnternational Telecom” MMC (AZINTELECOM) ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) Strategiyasının Qiymətləndirilməsi və İnkişaf Planının Hazırlanması Xidmətlərini də almaq üçün başqa bir tender keçirib. Bu işləri isə “ERNST & YANQ HOLDİNQS (SİAYES) Bİ.Vİ.” şirkətinin Azərbaycandakı filialı həyata keçirəcək. Layihənin dəyəri isə 81 min 774 manatdır.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “İNNOVATİV LAYİHƏLƏR MƏRKƏZİ” QSC son bir ildə 6 tenderin qalibi olub. Təəccüblüsü odur ki, qalibi olduğu bütün tenderlər “Azerbaijan İnternational Telecom” MMC-yə məxsus olub. Həmin tenderlərin ümumi dəyəri isə 3 milyon 96 min manat təşkil edib.

Görünən odur ki, “İNNOVATİV LAYİHƏLƏR MƏRKƏZİ” QSC ilə AzİnTeleCom  arasında ya hansısa bağlılıq var, ya da hansısa anlaşma mövcuddur. Eyni zamanda, bu o şübhənin də yaranmasına səbəb olur ki, şirkət dövlət qurumunun tenderləri üçün yaradılıb. Əks təqdirdə, yalnız bir qurumun tenderlərinin qalibi olmaq təsadüfi oila bilməz.

Qeyd edək ki,“AzInTelekom”un İdarə Heyətinin sədri Elxan Əzizovdur. Bəs, “İnnovativ Layihələr Mərkəzi” QSC kimə məxsusdur? Açıq mənbələrdən məlum olur ki, “İnnovativ Layihələr Mərkəzi” QSC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ruslan Abbasov Mətləb oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri, Xətai rayonu, Xocalı, ev 37 ünvanında yerləşir.

Qarşı tərəfləri dinləməyə hazırıq.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:487
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 May 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri