Icma.az
close
up
RU
“AzInTelecom”un Daşkənddə rəqəmsal təqdimatı

“AzInTelecom”un Daşkənddə rəqəmsal təqdimatı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“AzInTelecom” MMC Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq “ICTWEEK Uzbekistan 2026” toplantısında bulud, biometrik identifikasiya və süni intellekt istiqamətində həll və imkanlarını təqdim edib. Şirkətin tədbirdə iştirakı rəqəmsal məhsul və xidmətlərin regional bazarda tanıdılması, yeni tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olub.

Müasir rəqəmsal infrastrukturun inkişafı, yüksək hesablama imkanlarının yaradılması və qabaqcıl texnologiyaların tətbiqi “AzInTelecom”un Azərbaycanın regional rəqəmsal hub kimi mövqeyinin gücləndirilməsinə yönəlmiş fəaliyyətinin əsas istiqamətləri sırasındadır. Şirkət bu istiqamətdə data mərkəzləri və bulud infrastrukturu ilə yanaşı, süni intellekt və yüksək performanslı hesablama imkanlarını da inkişaf etdirir.

“AzInTelecom” MMC-nin baş direktorunun müşaviri Fərid İsmayılzadə məclis çərçivəsində keçirilən panel müzakirəsində “Süni intellektin bulud infrastrukturuna və kibertəhlükəsizliyə təsiri” mövzusunda çıxış edib. O, süni intellekt texnologiyalarının müasir rəqəmsal infrastruktura təsirindən, həmçinin “AzInTelecom”un bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.

Çıxış zamanı Azərbaycanda yaradılmış ilk Superkompüter Mərkəzinin ölkənin süni intellekt və rəqəmsal inkişafı baxımından əhəmiyyəti xüsusi qeyd olunub. Mərkəz böyük hesablama gücü tələb edən süni intellekt və digər texnoloji layihələrin ölkə daxilində həyata keçirilməsi üçün zəruri infrastruktur yaradır, yerli şirkətlərə, dövlət qurumlarına və innovasiya subyektlərinə qabaqcıl hesablama resurslarından istifadə imkanı verir. Bununla da Azərbaycan yalnız rəqəmsal texnologiyaların istifadəçisi deyil, süni intellekt həllərinin yaradılması və inkişafı üçün zəruri texnoloji infrastruktura malik ölkə kimi öz imkanlarını genişləndirir.

Mərkəzdə süni intellekt modellərinin hazırlanması, böyük həcmli məlumatların sürətli emalı və mürəkkəb hesablamaların aparılması üçün “NVIDIA H200 GPU” çiplərindən istifadə olunur. Hazırda Mərkəzin hesablama gücünün və imkanlarının daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu infrastruktur Azərbaycanın regionda süni intellekt və yüksək hesablama xidmətləri üzrə texnoloji mərkəz kimi mövqeyinin gücləndirilməsi üçün də yeni imkanlar yaradır.

Məclis çərçivəsində “AzInTelecom”un nümayəndə heyəti şirkətin stendində bulud və biometrik həllərini, eləcə də digər rəqəmsal məhsul və xidmətlərini beynəlxalq auditoriyaya təqdim edib. Xarici texnologiya şirkətlərinin nümayəndələri ilə keçirilən ikitərəfli görüşlərdə potensial əməkdaşlıq imkanları və həllərin regional bazarlarda tətbiqi perspektivləri müzakirə olunub.

“AzInTelecom”un beynəlxalq texnologiya platformalarında iştirakı şirkətin rəqəmsal həllərinin xarici bazarlarda tanıdılması ilə yanaşı, Azərbaycanın regionda məlumatların saxlanması və emalı, bulud xidmətləri və yüksək hesablama imkanları üzrə texnoloji mərkəz kimi mövqeyinin gücləndirilməsinə xidmət edir.

2004-cü ildən etibarən hər il təşkil olunan “ICTWEEK Uzbekistan” informasiya-kommunikasiya texnologiyaları sahəsində şirkətləri, dövlət qurumlarını və ekspertləri bir araya gətirən regional platformalardan biridir. Tədbir çərçivəsində süni intellekt, rəqəmsal transformasiya və digər aktual texnologiya mövzularında forumlar, panel sessiyaları və ekspert müzakirələri keçirilir.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri