Azıx mağarası: içəridə nələr var? VİDEO
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“KARABAKH DISCOVER” layihəsi ilk dəfə Azıx mağarasının içərisindən görüntülər təqdim edib.
Jurnalist, sənədli filmlər müəllifi Vəfa Həmzəyevanın “KARABAKH DISCOVER” layihəsi çərçivəsində hazırladığı ilk geniş reportaj yayımlanıb. Azərbaycan dilində təqdim olunan sənədli xüsusi reportaj Xocavənd rayonunda yerləşən Azıx mağarasına həsr edilib.
Reportajda mağaranın daxili zalları, dar keçidləri, arxeoloji qazıntı sahələri və təbii mühiti göstərilir. Arxeoloq Əjdər Babazadənin müşayiəti ilə mağaranın müxtəlif hissələri təqdim olunub,
“Xəritənin göstərmədiyi Qarabağ” şüarı ilə həyata keçirilən “KARABAKH DISCOVER” sənədli sosial şəbəkə layihəsidir. Layihənin məqsədi Qarabağ və Şərqi Zəngəzurun tanınmış məkanları ilə yanaşı, geniş auditoriyaya az məlum olan tarixi, mədəni, arxeoloji və təbii obyektlərini araşdırmaq, mövcud vəziyyətini sənədləşdirmək və faktlara əsaslanan materiallarla dünyaya təqdim etməkdir.
Layihədə geniş sənədli reportajlarla yanaşı, hər sosial şəbəkənin formatına uyğun ayrıca müəllif videoları da hazırlanır. Beynəlxalq auditoriyaya çıxış məqsədilə Azıx mağarası haqqında reportajın ingilis, rus və erməni dillərində versiyalarının yayımlanması nəzərdə tutulur.
Reportajı “KARABAKH DISCOVER” layihəsinin YouTube kanalında izləmək mümkündür:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 20 Oktyabr 2026 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















